Təkəbbür abidin evini belə yıxdı
Mьəllif: admin1
Tarix: 14-07-2017, 23:22

Təkəbbür abidin evini belə yıxdı

 "Bəni-İsrayildən olan bir kişinin 40 il idi ki, işi oğruluq etmək idi. Bir gün İsa ibn Məryəmi (ə) görür ki, Bəni-İsrayildən olan bir abidlə onun yanından keçib gedir. Oğru öz-özünə deyir: "Bu, Allahın peyğəmbəridir. Onun yanındakı da həvarilərindən biridir. Əgər mən də onlarla birlikdə hərəkət etsəm, onların üçüncüsü olaram”.

Onların ardınca getməyə başlayır. İsanın (ə) dostuna yaxınlaşmaq istəyir, ancaq özünü xar hesab etdiyi üçün çəkinir. Öz-özünə deyir: "Mən hara, o hara?!”.

Həmin həvari isə kişini müşahidə edərək, öz-özünə deyir: "Mənim kimi bir şəxsiyyət onun kimisi ilə hərəkət edə bilməz”. Ona görə də onu itələyir və özü İsanın (ə) yanında qərar tutur. Oğru kişi də tək hərəkət etməli olur.

Allah Təala İsaya (ə) vəhy edir: "Onların hər ikisinə de ki, əməllərinə başdan başlasınlar. Həvarinin etdiyi təkəbbürə görə əməlləri məhv oldu. Ancaq o birisini nəfsini xar hesab etdiyi üçün bağışladım”.

İsa (ə) bunları hər ikisinə söyləyir və oğrunu yanında aparmağa başlayır. O da bu hadisədən sonra İsanın (ə) səhabələrindən və dostlarından olur”. 

Allah Təbarəkə və Təala bizləri təkəbbürlü olmaqdan Özü qorusun.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031