Həzrət İsanın (ə) ölülərlə söhbətindəki ibrət
İmam Sadiq (ə) nəql edir: "İsa ibn Məryəm (ə) tərəfdaşları ilə birlikdə bir şəhərdən keçirdi ki, küçə və evlərdə olan insanların hamısı ölmüşdülər.
Həzrət (ə) buyurur: "Bunlar İlahi əzaba düçar olublar, əgər təbii ölümlə ölsəydilər, dəfn olunardılar”. Tərəfdaşları deyir: "Onların dastanını bilmək istəyirik”. Allah İsaya (ə) vəhy edir: "Ölülərlə söhbət et”. İsa (ə) fəryad çəkir: "Ey şəhər əhli!”. Ölənlərdən biri "Ləbbeyk!” deyir. İsa (ə) ondan macəranı soruşur. Deyir: "Xoşluqda yaşadıq və bədbəxtliyə haviyəyə düçar olduq”. İsa (ə) soruşur: "Haviyə nədir?”. Deyir: "Atəş dənizidir ki, orada əzab dağları qərar tutur”. Buyurur: "Bəs niyə ora giriftar oldunuz?”. Deyir: "İki günaha görə. Tağuta bəndəlik etdiyimizə və dünya sevgisinə görə”. Buyurur: "Dünya sevgisi haraya qədər?”. Deyir: "Anasına eşq bəsləyən uşaq kimi. Dünya bizə üz çevirəndə sevinirdik, bizdən üz döndərəndə qəmgin olurduq”. Buyurur: "Bəs tağuta necə boyun əyirdiniz?”. Deyir: "Bütün əmr və göstərişlərini eşidirdik”. Buyurur: "Bəs sən mənə necə cavab verdin?”. Deyir: "Qalan şəhər əhlinin ağzı atəşli bəndlə bağlanmışdır və mələklər onlara nəzarət edir. Mən də onların arasında idim, ancaq əməlimlə onlarla deyildim. O zaman ki, əzab gəldi, məni də bürüdü. İndi tükdən yapışmışam və qorxuram ki, atəşdə qərar tutaram”. Allah Təala bizləri aqibəti xeyir olanlardan qərar versin, inşəallah. /Deyerler.org/ Oxşar xəbərlər
|