Mübarək ayda təkəbbürlü olub-olmadığımızı test edək
Mьəllif: admin1
Tarix: 9-06-2017, 08:38

Mübarək ayda təkəbbürlü olub-olmadığımızı test edək

 O zaman ki, insanda özünə vurğunluq və təkəbbür hissi meydana gələr, yerinə yetirdiyi hər bir işi yaxşı və düzgün hesab edər. Ona görə də davamlı olaraq özündən razı olar. Əxlaq alimləri təkəbbür barəsində buyurur: "Təkəbbür – özünün yaxşı işini böyük hesab etmək, onu çox saymaq və ona görə şad olub, lovğalanmaqdır. Təkəbbür – insanın özünü günahdan, təqsir və xatadan uzaq görməsidir”.

Mübarək Ramazan ayında bir çoxlarımız Quran oxuyur, ibadət edir və gecələri oyaq qalırıq. Bəzən şeytanın (lən) vəsvəsələrinə uyub, bu işimizi böyük hesab edir və onunla qürurlanırıq. Elə hesab edirik ki, başqa insanlarla müqayisədə Allaha daha yaxınıq və Onun üçün daha çox işlər görürük. Bu, lənətlik şeytanın həmin nüfuzudur ki, qəlb diyarımızı viran edir və əməllərimizi puça çıxardır.

Ona görə də İmam Sadiq (ə) özünə vurğun olanlar haqqında buyurur: "Dindarlığın bəlası – həsəd, xudbinlik və lovğalanmaqdır”.

Mübarək ayla bağlı İmam Əli (ə) buyurur: "Allah orucu vacib etmişdir ki, onun vasitəsilə yaranmışların ixlasını imtahana çəksin”

İmam Sadiq (ə) buyurur ki, şeytan (lən) deyir: "O zaman ki, bəni-Adəmə üç şeydə hakim olaram, hər (yaxşı) əməl yerinə yetirsə də, mühüm olmaz. Çünki ondan qəbul olmaz. (O üç şey ibarətdir:) O zaman ki, (yaxşı) əməlini çox hesab edər, günahlarını unudar, (qəlbində) təkəbbür  hasil olar”.

Əslində aqil insan yaxşı bilir ki, etdiyi yaxşı əməllər və ibadətlər – Allahın ona əta etdiyi bir tövfiqdir. Ona görə də nə ibadətlərinə görə lovğalanar və nə də yaxşı əməllərinə görə özünə vurğun olar.

Əslində nə qədər aciz olduğumuzu hər an dərk edə bilərik. Çəkdiyimiz nəfəsdən tutmuş, atdığımız addıma qədər hamısı Allahın bizə inayət etdiyi tövfiqlərdir. Onun rəhməti və qüdrəti olmasa, biz bir heç olarıq.

Məsumlarımız (ə) bunu çox gözəl dərk ediblər və dualarında da bu həqiqəti büruzə veriblər.

Həzrət Peyğəmbər (s) dualarından birində buyurur: "Mən Səni sitayiş etməkdə acizəm. Allahım, Sən o cürsən ki, Özün Özünü mədh edirsən!”.

İmam Səccad (ə) buyurur: "Sən pak və münəzzəsən. Biz Sənə layiq olduğun kimi ibadət və bəndəlik etməmişik”.

 

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031