Həzrət Əli (ə) tərəfindən cəzalandırılan kişinin imama olan eşqi
Mьəllif: admin1
Tarix: 1-07-2021, 14:41
Həzrət Əli (ə) tərəfindən cəzalandırılan kişinin imama olan eşqi
Mərhum Əllamə Məclisi "Biharul Ənvar” kitabında "Fəzailı ıbn Şazan” kitabında Əli (ə) aşiqlərinin, sevənlərinin qəlblərində olan sönməz, tükənməz sevgisini qələmin gücü ilə çatdırmağa çalışıb.

Bu elə bir sevgidir ki, dillə, qələmlə tam ifadə etmək olmur. Hətta bəziləri bu sevgi üçün dəlil də istəyirlər. Amma qəlbində eşqı, sevgisi olan bunu heç cür izah edə bilmir. Axı bütün vücüdünu bürüyən Əli (ə) eşqinə necə dəlil gətirsin? Haradan gətirsin?

Rəvayətdə deyilir: ”Əsbəğ ibn Nəbatə deyir: Bir gün Həzrəti Əlinin (ə) yanında oturmuşdum. O qəzavət edirdi. Bu zaman qara çöhrəli bir kişi içəri girib o həzrətin qarşısında dayanıb dedi: Ey əmirəl-möminin mən oğurluq etmişəm.

Əli (ə) üç dəfə soruşdu və kişi də üç dəfə təsdiq etdi. Bu zaman İmam (ə) onun sağ əlini kəsdi. Əli kəsilən kişi kəsilmiş əlini də götürüb getdi.

Yolda bir nəfər həmən əli kəsilmiş kişi ilə rastlaşıb soruşur: Nə olub? Əlinə nə olub? Əlini kim kəsib?

Kişi cavab verir: Əlimi peyğəmbərlər vəsisinin ağası, ağ üzlülərin rəhbəri, mömünlərin əmiri, hidayət imamı, Peyğəmbər (s) qızının həyat yoldaşı, behşitə birinci girən, batili aradan aparan, cahillərdən intiqam alan, zəkat verən, sülhə və şücaətə götürən, iki qibləyə namaz qılmış kəs, peyğəmbərlər vəsisinin ən üstünü Əli ibn Əbu Talib kəsib.

O kişi dedi: O sənin əlini kəsir, sən isə onu mədh və səna edirsən?

Əli kəsilən cavab verdi: Onu necə mədh eləməyim ki, halbuki onun məhəbbəti ətimdə və qanımda dolaşır. O mənim əlimi haqq olaraq kəsib.” ( Biharul -Ənvar. C-40. S-281) ( Fəzailu ibn Şazan. S-172)

Həqiqətən Həzrəti Əlinin (ə) eşqinin cazibəsi və düşmənçiliyinin dafiəsi dillə ifadə edilməyə güc yetməyən, insanın bütün vücudunu bürümüş bir duyğudur. Sevən misilsiz sevər, düşmən misilsiz kin bəsləyər.



(Y.Nuriyev)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930