İmam Əlinin (ə) qonağa hörməti
Mьəllif: admin1
Tarix: 25-01-2024, 12:07
İmam Əlinin (ə) qonağa hörməti

Bir kişi oğlu ilə birlikdə imam Əlinin (ə) evinə qonaq gəldi. Həzrət Əli (ə) yerindən qalxıb, onları qarşıladı və çox böyük hörmətlə onları evin ən yaxşı yerində əyləşdirdi və özü də onların qarşısında oturdu. Yemək vaxtı çatdı. Yemək gətirdilər və yemək yeyildi.

Yeməkdən sonra imam Əlinin (ə) qulamı Qəmbər əl yumaq üçün dəsmal, teşt və aftafanı gətirdi. Əli (ə) onları Qəmbərin əlindən alıb qonağın əllərini yumaq üçün qabağa getdi.

Qonaq özünü geriyə çəkib dedi: “Ey Əmirəlmöminin! Bu rəvadırmı Allahın gördüyü bir halda siz Allahın yanında olan bu böyük məqamınızla mənim əlimə su tökəsiniz?”

İmam Əli (ə) buyurdu: “Sənin qardaşın səndəndir, səndən ayrı deyil. Allah görür ki, sənin din qardaşın (mən) xidmətində olmaq istəyir. Savab bir işə mane olmaq istəyirsənmi?"

O kişi yenə imtina etdi. Sonda həzrət Əli (ə) onu and verdi ki, mömin qardaşıma xidmət etmək şərəfinə nail olmaq istəyirəm, mənə mane olma.

Qonaq utancaq halda razı oldu. Həzrət Əli (ə) buyurdu: “Xahiş edirəm, əlini rahatlıqla yu. Elə yu ki, sanki Qəmbər sənin əlinə su tökür, sən də belə rahat əlini yuyursan. Xəcalət çəkməyi kənara qoy”.

Qonağın əlini yuduqdan sonra oğlu Məhəmməd ibn Hənəfiyə dedi: “Oğlunun əlini sən yu. Mən sənin atan olduğum üçün atanın əlini yudum. Sən də oğlunun əlini yu. Əgər bu oğlanın atası burada olmasa idi və təkcə oğlu qonağımız olsaydı, mən özüm onun əlini yuyardım.

Ancaq Allah ata və oğul birlikdə bir yerdə olarkən onlar arasında ehtiram və hörmət cəhətindən fərq qoyulmasını sevir”. Məhəmməd atasının əmri ilə durub qonağın oğlunun əlini yudu.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930