Dırnaq Saxlamaq Olarmı?
![]() 1. Həzrət Peyğəmbər (s) buyurub: "Ey kişilər! Qısaldın dırnaqlarınızı. Ey qadınlar! Dırnaqlarınızı uzun saxlayın ki, bu sizin üçün gözəllikdir”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:15; Ən-Nəvadir, Ravəndi, səh.23). 2. İmam Əli (ə) buyurub: "Allah-Taala İbrahim peyğəmbərə ilham etdi ki, pak (təmiz) ol. O həzrət (ə) də bığlarını və dırnaqlarını qısaltdı. Sonra bədənin tüklərini təmizlədi...” (Ən-Nəvadir, Ravəndi, səh.23). 3. Həzrət Peyğəmbər (s) buyurub: "Hər kəs cümə günü dırnaqlarını qısaltsa, barmaqlarının başı çat-çat olmaz və Allah-Taala onun barmaqlarından hər bir xəstəliyi götürər və xəstəliyinə şəfa verər”. (Mən la yəhzuruhul fəqih, Səduq, 1/127; Ən-Nəvadir, Ravəndi, səh.23). 4. Həzrət Peyğəmbər (s) buyurub: "Dırnaqları qısaltmaq xəstəlikləri yox edir və ruzini çoxaldır”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:1). 5. İmam Cəfər Sadiq (ə) buyurub: "Dırnaqları qısaltmaq sünnətdəndir... və bu iş unutqanlığın qarşısını alır”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:5-6). 6. İmam Cəfər Sadiq (ə) buyurub: "Hər kəs hər cümə günü qırnaqlarını və bığını qısaldarkən aşağıdakı duanı zikr edərsə Allah-Taala ondan düşən hər dırnaq və tük parçasına bir qul azad etməyin savabın yazar və belə insan heç vaxt xəstələnməz, məgər ölüm xəstəliyi ilə ki, o xəstəliklə dünyadan gedər”. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:9). 7. İmam Cəfər Sadiq (ə) buyurub: "Hər cümə günü bığı və dırnaqları qısaltmaq, başı yumaq fəqri uzaqlaşdırır və ruzi çoxaldır” (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:10). 8. İmam Musa Kazimdən (ə) rəvayət olunan bir hədisdə dırnaq tutmaqın gözə xeyirli olduğu bildirilir. (Əl-Kafi, Kuleyni, 6/490, babu qəssil əzfar, hədis:13-14). /ehliwie-samux.com/ Oxşar xəbərlər
|