Düşmənə qarşı da xeyirxahlıq edən İmam (ə)
Mьəllif: admin1
Tarix: 6-04-2021, 10:49
Düşmənə qarşı da xeyirxahlıq edən İmam (ə)
Hədislər nəql edir ki, Mütəvəkkil yara tökür və o hala gəlib çatır ki, az qala ölsün. Heç kəs də o yaraları yarmağa cürət etmir.

Anası nəzir edir ki, əgər oğlu bu xəstəlikdən şəfa tapsa, İmam Hadiyə (ə) çoxlu pul hədiyyəsi göndərəcəkdir. Həkimlər onu müalicə etməkdən aciz qalmışdılar.

Həkimlərdən biri təklif edir ki, İmam Hadini (ə) dəvət etsinlər, bəlkə o Həzrət (ə) şəfanın yolunu bilir. Bir nəfəri İmamın (ə) yanına göndərirlər və İmam (ə) buyurur: “Qoyunun peyinini gülabla isladın və yaraların üzərinə qoyun ki, faydalıdır”.

Həmin şəxs gəlir və İmamın (ə) buyurduğu bu dərmanı söyləyir. Orada olan təbiblər gülməyə və məsxərə etməyə başlayırlar. Fəth ibni Xaqan deyir: “Bu əmrin faydası olmasa da, zərəri də yoxdur. Gərək yoxlayaq, bəlkə faydalı oldu”.

İmamın (ə) buyurduğu kimi edirlər və məlhəmi yaraların üzərinə çəkirlər.

Az bir müddət sonra xəlifə sakitləşir və yatır. Yaraların ağzı açılır və Mütəvəkkil yaxşılaşır.

Anası çox sevinir və iki min dirhəmi kisəyə qoyur və İmamın (ə) evinə göndərir. Bu hadisədən sonra Əhli-Beytin (ə) düşmənləri xəlifəyə deyirlər: “İmam Hadi (ə) böyük bir mal toplayıb qiyam etmək istəyir”.

Xəlifə də bu sözə inanır. Gecə vaxtı Səyid Hacəbi bir dəstə əsgər ilə İmamın (ə) evinə göndərir. Gecə qaranlıq idi və yollarını azırlar.

Anidən İmamın (ə) səsini eşidirlər ki, buyurur: “Ey Səyid! Səbir et, çırağı gətirim”. Səyid görür ki, İmam (ə) yun paltar geyinib və həsirin üzərində ibadətlə məşğuldur.

İmam (ə) buyurur: “Gəzin və axtarın”.

Səyid də evi axtarır və taxçanın üzərində pul kisəsi görür ki, üzərində xəlifənin anasının möhürü var idi. Səyid də həmin kisəni xəlifənin yanına gətirir və xəlifə bu kisənin səbəbini anasından soruşur. Anası deyir: “Sən xəstə olan zaman mən İmama (ə) təvəssül etdim və sənin üçün nəzir etdim”.

Xəlifə bu kisədəki pulun üzərinə pul əlavə edir və İmamın (ə) xidmətinə göndərir, üzrxahlıq edir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031