Xeyirxah insanı göstərən 4 əlamət
Mьəllif: admin1
Tarix: 28-01-2022, 21:26
Xeyirxah insanı göstərən 4 əlamət
Əməllərin həqiqəti və mahiyyəti əsasən onları həyata keçirən niyyətə bağlıdır. Niyyət də daxili bir iş olduğundan o digərləri üçün əyan deyil və onu ləms etmək və bilmək də asan deyil.

Əməllər həyata keçəndən sonra niyyətlərin də nə olduğu gec-tez ortaya çıxır, lakin niyyətləri zamanında müəyyən etmək adətən asan olmur. Necə deyərlər; Pis niyyətlə yaxşı əməlin savabı, yaxşı niyyətlə pis əməlin günahı olmaz!

Bir çox hədislərdə bizə tövsiyə edilənlər budur ki, insanların etmək istədikləri yaxşılıqlar məsələsində onların niyyətlərinin nə olduğunu araşdırmaq lazım deyil.

Bir sözlə desək din bizi sui-zəndən, təcəssüs etməkdən çəkindirir. Əgər qarşı tərəf gördüyü işdə xoş niyyətli, xeyirxah deyil, bədxahdırsa gec-tez bunu Allah aşikar edəcəkdir. Buna baxmayaraq xeyirxah və xoşniyyət insanın əlamətlərini bizə göstərən hədislər də mövcuddur;

Allahın Elçisi Məhəmməd Peyğəmbər (s) buyurub:

"Nəsihət edənin və xeyirxahın 4 əlaməti var; Haqqa əsasən hökm verər, haqqı saxlamaz və özündən ödəyər, Özü üçün istəyəni camaat üçün də istəyər, heç kimin haqqına təcavüz etməz”

(Tuhəful-Üqul, Vəsaya ən-Nəbiyy)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031