10 yaxşı əməlin savabına bərabər olan asan zikr hansıdır?
Mьəllif: admin1
Tarix: 25-12-2020, 11:20
10 yaxşı əməlin savabına bərabər olan asan zikr hansıdır?
Qurani-Kərimdə Allah tərəfindən bir yaxşı əmələ 10 savabın verilməsi vəd edilib. Amma bir pis əmələ isə ona uyğun olaraq, bir cəzanın nəzərdə tutulması da َQurani-Kərimdə qeyd edilmişdir.

Təbii ki bu amil Allahın insanlara qarşı necə mərhəmətli olduğunu ortaya qoyur. Bu, Allaha sarı bir addım atacağımızda onun bizə sarı 10 addım atacağı anlamına gəlir.

Bəzi hədislərdə mərhəmətli Allah tərəfindən bundan daha gözəl vədlərə də verilir.

Əllamə Məclisi Bəharul-Ənvar əsərinin 75-ci cildində İmam Həsən Əsgəridən (ə) belə bir hədis nəql edir:

“Ey insanlar Allahı və ölümü tez tez yada salın! Quranı çox tilavət edin! Məhəmmədi (Allahın salamı ona olsun) tez tez salavat göndərməklə yad edin. Çünki Allahın peyğəmbərinə salavat göndərmək on yaxşı işə bərabərdir”

Bu hədisdə deyilişi və zikri sadə və asan olan salavat barədə mühüm tövsiyə edilir ki, biz insanların əksəriyyəti onu deməyi bacarırıq.

Allahın peyğəmbərinə salam və salavat göndərmək, 10 yaxşı əməlin savabına malikdirsə biz insanlar niyə bu zikrdən və onun çoxsaylı mənəvi payından məhrum olmalıyıq.

“Allahummə Səlli əla Muhəmməd və Ali-Mühəmməd”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031