Ən yaxşı niyyət və ən gözəl əməl
Mьəllif: admin1
Tarix: 12-08-2017, 22:33
Ən yaxşı niyyət və ən gözəl əməl
"Niyyətimi ən gözəl niyyətlərlə və əməlimi ən yaxşı əməllərlə tamamla”.

Buradan mə`lum olur ki, niyyət də əməl kimi yaxşı və pis olur. Əməllərin nöqsanı və kamilliyi niyyətin naqisliyi və ya kamilliyindən asılıdır. Pak niyyət qəlbdə haqdan başqa heç bir şeyin olmamasıdır. Bunu əldə etmək çox çətin işdir. Nəql olunur ki, Əbi-Əbdillah buyurdu:

"Niyyət əməldən üstündür, bəlkə də niyyət əməlin bütün həqiqətidir.”[1]

Niyyət və əməldə məqsəd onların kəmiyyəti deyil. Məqsəd keyfiyyətdir. Necə ki, Qur`ani-Kərim buyurur:

"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün Allah bu aləmdə ölüm və həyat yaratdı.”[2] Ayədə əməlin çox olması yox, yaxşı olması qeyd edilib.

www.ahliman.info

[1] "Üsuli-kafi”, kitabul-iman vəl-küfr, babul-ixlas, 4-cü hədis.

[2] "Mulk” surəsi, ayə 2.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930