İmamın hədiyyəsi...
Mьəllif: admin1
Tarix: 19-03-2017, 17:42
İmamın hədiyyəsi...
"Muhəmməd bin Səhl Qumi deyir: “Kəbə evini ziyarət etmək üçün Məkkəyə getdim. İmam Cavadı (ə) ziyarət etmək üçün Mədinəyə yollandım. O həzrəti gördüyüm zaman təbərrük olaraq köynək almaq qərarlna gəldim. Çatdığım zaman çox sayda insanın cəm olduğunun şahidi oldum. Onlr sual soruşur, İmam (ə) isə cavablandırırdı. Öz-özümə dedim ki, bu cəmin arasında köynək istəməyim yersiz olar. Geri qayıtmaq qərarına gəldim. Şəhər darvazasına çatdığım zaman bir nəfərin məni çağırdığını hiss etdim. Mənə bir bağlama verib “Bu İmamın sənə hədiyyəsidir” dedilər. Təəccüb edib, bağlamanı açdım. İmam Cavadın (ə) öz köynəyini mənə hədiyyə etdiyinin şahidi oldum.”

Bəziləri deyir ki “Bir köynəyin nə dəyəri var ki?”. Təbərrük məsələsi bizim əqidələrimizdəndir. Qurana əsasən, Yusif (ə) peyğəmbərin köynəyi Yəqub peyğəmbərin (ə) gözünə şəfa verdi."

Höccətül-islam İlahi
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930