NEMƏTLƏR VƏ BƏLALAR QARŞISINDA ŞÜKR VƏ SƏBR
Mьəllif: admin1
Tarix: 7-02-2017, 11:11
NEMƏTLƏR VƏ BƏLALAR QARŞISINDA ŞÜKR VƏ SƏBR

İnsan nemətlərə şükr edərsə bu nemətlər artar...
İmam Sadiqin (ə) nəsihətlərindən

Dünyada baş verənlər iki halda ola bilər: istəyimizə uyğun və ya istəyimizin ziddinə. Sağlamlıq, rifah, rahatlıq, yaxşı hava, meşə, şəlalə könlümüzü oxşayır, xəstəlik, kasıblıq, tənhalıq isə bizə sıxıntı gətirir. Həyatımız isə bu zərurətlərlə doludur. Bütün həyatı yalnız əzabdan və ya yalnız ləzzətdən ibarət olan insan yoxdur. Kimi xəstəlik, kimi kasıblıqla imtahana çəkilir. «Bələd» surəsində buyurulur: «Biz insanı məşəqqətdə yaratdıq».
İnsan nemətlərə şükr edərsə bu nemətlər artar, bəlalara səbr edərsə Allahın razılığını qazanar. Doğru yolu getmək istəyən insan unutmamalıdır ki, hər bir çətinlikdən sonra rahatlıq gəlir: «Bəli, hər çətinlikdən sonra bir yüngüllük gəlir». («İnşirah» surəsi, ayə 6.) Bu məsələyə diqqət etməyən insan dünyada rahatlıq, axirətdə səadət görməyəcəkdir. Səbr etməyən insan üçün adi çətinliklər böyük faciələrə çevrilir. Səbr etməyi bacarmayan insan zəif insandır. İmam Sadiq (ə) möminlərə buyurur: «Hər bəla üçün səbr, hər nemət üçün şükr etməyib çətinlikdən sonra asanlıq gözləməyən aciz adamdır».
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930