Rahatlıq üç şeydədir
Mьəllif: admin1
Tarix: 3-11-2021, 10:42
Rahatlıq üç şeydədir


İmam Əli (ə) buyurub:

«Nadan yalnız ifrata və təfritə varanda gözə çarpar».

«Ən böyük dərd dünyaya heyranlıqdır».

«Uzun-uzadı arzu ölümü yaxınlaşdırar və insanı öz məqsədindən uzaq salar».

«Allahın əzabından qorxmaq pərhizkarların sifətidir».

«Mömin günahlarından qorxur, bəlalardan ehtiyat edir, Allahın mərhəmətinə ümidvar olur».

«Zahidlik arzuları məhdudlaşdırmaq, əməlləri xalis etməkdir».

«Elm və bilik var-dövlətdən üstündür. Elm səni saxlayır, var-dövləti isə sən saxlayırsan».

«Səbr iki növdür: biri bəlalar, o biri isə günahlar qarşısında səbr».

«Allah qorxusundan ağlamaq qəlbi münəvvər edir və günaha qayıdış yolunu bağlayır».

«Rahatlıq üç şeydədir: Uyğun qadın, yaxşı rəftarlı övlad və müvafiq dost».


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930