ÇƏTİNLİKLƏR QARŞISINDA SƏBR
Mьəllif: admin1
Tarix: 25-10-2016, 11:25
ÇƏTİNLİKLƏR QARŞISINDA SƏBR

Gözünü nəfsin tabeçiliyinə vermiş insan heyvan kimi zəlalətə düçar olur.
İmam Sadiqin (ə) nəsihətlərindən

İnsan dünya həyatında istər-istəməz çətinliklərlə qarşılaşır. Bu çətinliklərlə mübarizə aparmaq bəzən vacib dini vəzifə olur. Məsələn, xəstəliklə mübarizə aparmaq dini vəzifədir. Həzrət İsa (ə) öz həvarilərinə buyurur: «Ali məqama çatmaq istəyirsinizsə, xoşagəlməz işlərə səbr etməlisiniz».
Çətinliklər irili-xırdalı olur. Adi soyuqdəymədən xərçəng xəstəliyinədək, yüngül əxlaqlı qadından şikəst övladadək bu silsilə uzanır. Əsas məsələ bu çətinliklərlə mübarizədir. Öz işində yalnız Allahın razılığını istəyənlər öz vəzifəsinə əməl edərək dözüm göstərir.
Maraqlı bir dastanda deyilir ki, Xərəqan vilayətində Şeyx Əbül-Həsən Xərəqani adlı arif yaşayarmış. Onun şöhrəti yaxın və uzaq ətrafa yayılıbmış. Bir gün həqiqət axtarışında olan bir şəxs nəsihət almaq üçün şeyxin görüşünə gəlir. Şeyxin arvadı qapıya çıxıb yolçunun istəyini soruşur. Öz ziyarət qəsdini açıqlayan şəxs qadının təhqirlərinə məruz qalır. Qadın hətta öz əri haqqında nalayiq sözlər işlədir. Yolçunun əl çəkmədiyini görüb şeyxin səhraya çır-çırpı yığmağa getdiyini deyir. Yolçu deyilən istiqamətdə yola çıxıb, bir müddət sonra şeyxin çır-çırpı ilə qayıtdığını görür. Şeyx Xərqani ilə görüş həyəcanı yolçunun bədənini lərzəyə salır. Amma şeyxə yaxınlaşdıqca onu dəhşət bürüyür, az qala gözləri hədəqəsindən çıxsın. Şeyxin topladığı çır-çırpını belində gətirən vəhşi şir yolçuya yuxu kimi görünür. Nəhayət, şeyx yerində donub qalmış yolçuya yetişir. Yolçu dodaqları əsə-əsə soruşur: «Ya şeyx, bütün gördüklərim məni heyrətə gətirir. Amma bir şeyə daha çox təəccüb edirəm: belə bir kəramət sahibi rəzil bir qadınla necə yaşayır?». Şeyx Xərqani gözlərini yerə dikmiş halda buyurur: «Allahın mənə əta etdiyi kəramətin səbəbi bu qadın qarşısında göstərdiyim səbrdir…».
Əhvalatdan göründüyü kimi, insan Allahın razılığını qazanmaq üçün dünya çətinliklərinə səbr etməlidir.
Nəfslə mübarizənin digər bir forması haram işlərdən çəkinməkdir. İnsan heç bir əzab-əziyyət çəkmədən göz vasitəsi ilə günaha bata bilər. Təbiətin, ulduzlu səmaların, canlı aləmin, ailə-övladın tamaşasından insan böyük zövq alır. Amma insan oturduğu yerdə gözündən şeytan toruna düşə bilər. İcazə verilməmiş səhnələrə baxmaqla insan nəinki axirət hədəflərindən uzaq düşür, hətta bəzi dünya ləzzətlərindən də məhrum olur.
Gözünə yiyə dura bilən adam şəhvətin acı nəticələrindən qorunur, təkamül yolunu davam etdirə bilir. Amma gözünü nəfsin tabeçiliyinə vermiş insan heyvan kimi zəlalətə düçar olur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930