ALLAH YOLUNDA EHSAN EDƏN NAMAZ QILNALAR...
Mьəllif: admin1
Tarix: 21-09-2020, 10:54
ALLAH YOLUNDA EHSAN EDƏN NAMAZ QILNALAR...

Qiyamət günü bəndədən ilk soruşulan əməl namazdır.

İslam dinində başqalarına edilən hər hansı bir yaxşılığa ehsan deyilir. Bu gözəl əməl həm Qurani-kərimin, həm də məsumların (ə) buyuruqlarında təqdir edilmişdir. Belə ki, Allah könül xoşluğu ilə digərlərinə borc verənlərə çox böyük mükafat verəcəyini bildirir:

“Şübhəsiz ki, sədəqə verən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (“Hədid”, 18.)

Ədalət sahibi olan Allah şübhəsiz ki, hər bir yaxşılığı yaxşılıqla cavablandırandır. “Ər-Rəhman” surəsində isə bu haqda oxuyururq: “Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!” (“Ərrəhman”, 60.)

Həmçinin, ehsan etməyin dəyər və mahiyyəti haqqında isə İslam peyğəmbəri (s) buyurur: “Qohumlarının yanına canı və malı ilə yaxşılıq etmək üçün gedənlərə yüz şəhid məqamı və hər qədəminə isə qırx savab verilir.” (“Biharul-ənvar”, c. 74, səh. 89.)

Qurani-kərimdə yaxşı işlər görən şəxslərin ən üstün cəhətlərindən biri də onların namaz qılmalarıdır. Loğman surəsində oxuyuruq: “(O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir. O kəslər ki, namaz qılar, zəkat verər və axirətə tam yəqinliklə inanarlar”. (“Loğman”, 3-4.)

Digər əməllərinin, ehsanlarının qəbul edilməsini istəyən şəxslər namaza böyük əhəmiyət verməlidirlər. Bu haqda İmam Baqir (ə) buyurur:

“Qiyamət günü bəndədən ilk soruşulan əməl namazdır, əgər namaz qəbul olunubsa, sair əməllər də qəbul olunacaqdır. Əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir”.
(“Bihar əl-ənvar”, c. 7, səh. 267.)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031