Bu əməlin sahibi qiyamət günü “Yaxşıların Ağası” adını alar
Mьəllif: admin1
Tarix: 30-01-2021, 10:17
Bu əməlin sahibi qiyamət günü “Yaxşıların Ağası” adını alar
İsra surəsinin 24-cü ayəsi, İbrahim surəsinin 41-ci ayəsi, Nuh surəsinin 27-ci ayəsi, bütün bu ayələr onlar haqda, ata-ananın haqqları ilə bağlı bizə əmrlər və tövsiyələr verir.

“İlahi kiçik vaxtı mənə rəhm etdikləri kimi sən də onlara rəhm et”, “İlahi məni, valideynlərimi və möminləri hesab və qiyamət günündə əfv et” və sair ayələr ata-analara edilən dualardır.

Bu duaların edilməsini Quran bizə tövsiyə edir. Baxmayaraq ki onlar artıq həyatda deyillər. Lakin bu Quranın və Peyğəmbərin (s) əmridir ki, insan öldükdə ona bir neçə şey qalar. Onlardan biri də əməli-saleh övladın duasıdır.

İmam Baqir (ə) buyurur: “Övlad ata-anasına dirilik dövründə yaxşılıq etməlidir. Hər kim onlar ölüb getdikdən sonra borclarını ödəməyib, onlara əfv diləmirsə Allah bu şəxsləri Aq-valideyn yazacaq.”

İslam dinində ata və ananın qəza etdiyi namazlarının böyük oğlunun öhdəsinə vacib bir əməl kimi qoyulması da , islamın valideynlərə verdiyi dəyəri göstərir.

Hədislərə əsasən övlad ata və ana üçün heç olmasa vaxtaşırı müstəhəb əməllər həyata keçirərək, onları ehsan etməli və onlar barədə dualar deməlidr.

Bəharul-Ənvar əsəsrində valideynlərin mərhum olmasından sonra onlara yaxşılıq edən övlad barədə maraqlı bir hədis vardır.

Məhəmməd peyğəmbər buyurur:

“Yaxşıların ağası adını alan o şəxsdir ki, ata və anasının ölümündən sonra onlar üçün yaxşı işlər həyata keçirsin”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930