NAMAZ
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:27
NAMAZ


Quran:
«Namazlarınızdan və orta namazınızdan riayət edin və təvazökarlıqla Allah(a itaət) üçün ayağa qalxın.»

«Namaz qılandan sonra Allahı (bütün hallarda) ayaq üstə, oturaraq, uzan¬dığınız halda yad edin və qəlbiniz arxayın olanda namazı (kamil surətdə) qılın ki, namaz möminlər üçün müəyyən vaxtlarda təyin edilmişdir.»
«Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul et.»
Allahın Peyğəmbəri (s): «Hər şeyin siması var, sizin dininizin də siması namazdır.»
Allahın Peyğəmbəri (s): «Allah-taala namazı mənim gözlərimin nuru etdi. Yemək acın, su təşnənin məhbubu olduğu kimi, namazı da mənim məhbubum etdi. Fərq yalnız budur ki, ac insan çörək yeyəndə, təşnə də su içəndə sudan doyar, ancaq mən namazdan doymaram.»
İmam Əli(ə) : «Namaz Allahın rəhmətini yerə endirər.»
İmam Əli(ə): «Allahın Rəsulu(s) nə şam yeməyini, nə də başqa bir yeməyi namazdan önə salmazdı. Namaz vaxtı çatanda, elə bil nə ailəsini tanıyardı, nə də mehriban dostunu.»
İmam Əli(ə): «Namaz hər bir təqvalı üçün Allaha yaxınlaşmağın vasitəsidir.»
İmam Baqir (ə): «Namaz dinin sütunudur. Namaz çadırın sütununun bənzər. Sütun möhkəm olsa, mıxlar və kəndirlər də möhkəm qalacaq, sütun əyilsə və sınsa, nə mıx möhkəm qalacaq, nə də kəndir.»
İmam Sadiq (ə): «Allahın yanında ən sevimli iş namazdır və o peyğəmbərlərin insanlara son tövsiyyəsidir.»
İmam Sadiq (ə) («Allah yanında ən üstün və ən çox sevilən əməl» barədə sualın cavabında): «Allahı tanımaqdan sonra, namazdan üstün heç bir şey tanımıram. Məgər saleh bəndə İsa ibn Məryəmin «Mənə namazı tövsiyə etdi...!:» dediyini görmürsənmi?»
Namazın təsiri
Quran:
«Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl ki, namaz pis və bəyənilməyən işdən çəkindirər. Şübhəsiz ki, Allahı yad etmək hər ibadətdən üstündür. Allah etdikləriniz əməlləri bilir.»
Allahın Peyğəmbəri(s): «Kimin namazı onu pislikdən və haramdan çəkindirməsə, onda Allahdan uzaqlaşmaqdan başqa bir şey artmaz.»
Allahın Peyğəmbəri (s) (onunla bərabər namaz qılan və eyni halda çirkin işlərlə məşğul olan kişi barədə): «Günlərin biri, onun namazı onu pis işlərdən çəkindirəcək.» Çox keçmədi ki, həmin kişi tövbə etdi.»
Allahın Peyğəmbəri(s): «Həqiqətən dinin sütunu namazdır və Adəm övladından soruşulan ilk şey namaz olacaqdır. Namazı doğru olsa, o biri əməllərinin hesabatı aparılacaqdır. Doğru olmasa, digər əməl¬lərinin hesabatı aparılmayacaq.»
İmam Əli(ə): «Kim namazı onun həqiqətini dərk edərək qılsa, günahları bağışlanar.»
Xanım Fatimeyi Zəhra (ə): «Allah-taala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi.»
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930