Naşükürlüyün 3 amili
Müəllif: Admin
Tarix: 12-10-2017, 21:03
Naşükürlüyün 3 amili
Şükür etmək – səadət əhlinin ilk mənzili, nur aləminə səfər edənlərin ən mühüm azuqəsidir. Şükür etmək bəlanı dəf edər və neməti artırar.

İslam dininin nəzərinə görə, insanlar İlahi neməti əldə edəndən sonra Allaha şükür etməlidir. Ariflərin nəzərinə görə isə insan müsibətlə üzləşəndə də belə, Allaha şükür etməyi bacarmalıdır. Allaha şükür edər ki, bu qədər İlahi müsibət arasından Allah onu birinə düçar etmişdir.

Alimlərin nəzərinə görə şükür, səbir etməkdən üstündür. Şükür rizadan meydana gələr.

Allah Təala buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram”. (“İbrahim” 7).

Naşükürlük insanı növbəti nemətlərdən məhrum edər və əlində olanlarının azalmasına səbəb olar. Bəs naşükürlüyün meydana gəlməsinə səbəb olan amillər hansılardır?

1. Birinci səbəb budur ki, insanların əksər hissəsi özlərini İlahi nemətə layiq hesab edirlər. Sanki Allahdan tələbləri vardır. Halbuki, Allah o şeyi ki, bəndəsinə əta edir, mərhəmət və rəhmətinə görədir.
Belə bir naşükürlüyün kökündə qürur durur. Qürur da insanın öz yerini tanımamasından və cahil olmasından irəli gəlir. Ona görə də heç bir bəndə öz əməl və ibadəti ilə qürurlanmamalıdır. İnsan əgər bütün ömrü boyu Allaha şükür edərsə, heç bir zaman bir nemətin belə şükrünü yerinə yetirə bilməz.

2. Naşükürlüyə səbəb olan başqa bir amil odur ki, insan adətən özünü başqaları ilə müqayisə edər, xüsusilə də maddi cəhətdən ondan üstündə olanlarla. Ona görə də malik olduğu həyat və əlində olan nemətlər gözündə dəyərsizləşər və həqir olar. Belə bir insan nemətə küfr etmiş olar.

3. Nemətin çoxluğu – naşükürlüyə səbəb olan başqa amillərdəndir. Bəzi insanlar hər tərəfdən nazil olan İlahi nemətlərə görə qəflətə düşürlər və bu nemətlərə görə şükür etməkdən qafil olurlar.
Əgər naşükürlükdən xilas olmaq istəyiriksə, gərək dünya məsələlərində özümüzdən alçaqda olanlara nəzər salaq. Dini məsələlərdə isə özümüzdən mənəvi baxımdan yüksəklərdə olanlara diqqət edək. Bu yolla insanda şükür ruhu inkişaf edəcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031