Şükür etməyin dərəcələri
Mьəllif: admin1
Tarix: 28-09-2020, 10:30
Şükür etməyin dərəcələri
Alimlər buyurur ki, əgər neməti təsəvvür etsən və bilsən ki, Allah tərəfindəndir, bunun özü də bir şükürdür.

Belə ki, Həzrət Davud (ə) buyurur: “Allahım, Sənə necə şükür edim?”.

Allah buyurur: “Ey Davud! Nə zaman sənin diqqətini cəlb edən nemətin mənim tərəfimdən olduğunu bildin, Mənə şükür edərsən”

Məsumların kəlamlarına və onları təfsir edən alimlərin fikrinə görə, şükür etmək üçün üç şey lazımdır:

1. Nemət verənə mərifətin olmalıdır.

2. Nemət verənə qarşı təvazökar olmalısan.

3. Bu halın səmərəsi və nəticəsi olan əməl.

Allahın zahiri və batini nemətlərinə şükür etmək - bəndənin vəzifələrindəndir və hər kəs bacaradığı qədər ona əməl etməlidir. İnsan hər nə qədər şükür etsə də, bütün nemətlərin şükrünü yerinə yetirə bilməz.

Peyğəmbər (s) buyurub: Şükrün kamil və naqis olması nemət verənə qarşı mərifətin kamil və naqis olmasından asılıdır.

Bəndə o zaman şükür edən sayılar ki, xalqla Xaliqin rabitəsi haqqında məlumatı olsun. O zamana qədər ki, şirk və şəkk insan ürəyində olar, Allahın şükrünü kamil şəkildə yerinə yetirə bilməz.

Insan əgər baxdığı hər bir nemətdə Allahı görməzsə, nemətə küfr etmiş olar. Ona görə də Allah Təala buyurur:

“Mənim bəndələrimdən şükür edən azdır”. (Səba 13).

Hər bir insanın bəndəliyi müxtəlif olduğu kimi, şükrü də müxtəlifdir. Belə ki, zahiri nemətlərin bir şükrü olduğu kimi, batini nemətlərin başqa bir şükrü və mənəvi nemətlərin başqa bir şükrü vardır

İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, onlara zərər dəyməz: şiddət və çətinlik zamanı edilən dua, günahların bağışlanmasını istəmək, nemət zamanı şükür etmək”.

İmam Sadiq (ə) buyurur: “Hər bir nemətin şükrü hətta əgər böyük olsa belə, odur ki, Allah Təalaya həmd edəsən”.

Həzrət Sadiq (ə) yenə buyurur: “Nemətin şükrü - günahdan uzaq olmaqdır”.

Şükrün dildə deyilən kamil forması - “Əlhəmdulillahi Rabbil-aləmin”dir.

Bir gün İmam Sadiq (ə) məsciddən çıxan zaman miniyini görmür və buyurur ki, əgər miniyim tapılsa, Allaha haqqı olan kimi şükür edərəm.

Bu zaman miniyi tapılır və Həzrət (ə) buyurur: “Əlhəmdulillah”.

Hər kim nemətin şükrünü yerinə yetirər, Allah həmin nemətini artırar.

Nəticə etibarilə şükr etməyin dərəcələrini belə izah etmək olar:

Təşəkkür dil, ürək və əməldə büruzə verir. Şükür ürəkdə təvazökarlıq, dildə təsbih, əməldə isə itaət kimi özünü göstərir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930