Allahın razılığının nişanələri hansıdır?
Mьəllif: admin1
Tarix: 11-07-2020, 18:55
Allahın razılığının nişanələri hansıdır?
İmam Hüseyn (ə) buyurub: «Kim insanların narazı qalması ilə Allahın razılığını istəsə, Allah Təala onu insanların işlərindən ehtiyacsız edər. Kim Allahın narazı qalmağı ilə insanların razılığını axtarsa, Allah Təala onu insanlara tapşırar. Vəssəlam». (Yəni, öz halına buraxar).

Allahın Peyğəmbəri (s) buyurub: «Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana və ölüm mələyi qarşısında zahir olan anadək Allahın razılığına, bağışlanmasına qovuşduğuna əminliyi olmur».

Allahın Peyğəmbəri (s) buyurub: «Dünya lənətlənibdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa, dünyada olan nə varsa hamısı lənətlənmişdir».

İmam Həsən (ə) buyurub: «Qəlbindən Allahın razılığını qazanmaqdan başqa bir şey keçirməyənə, Allahın onun duasını qəbul edəcəyini zəmanət verirəm».

İmam Əli (ə) buyurub: «Allahın razılığı Onun itaətinə yaxındır».

İmam Əli (ə) buyurub: «Üç şey bəndəni Allahın razılığına çatdırar: çox istiğfar etmək, təvazökarlıq və sədəqə vermək».

İmam Əli (ə) buyurub: «Sübhan olan Allahın bəndədən razılığının nişanəsi, bəndənin Allah tərəfindən onun xeyrinə və ziyanına təyin etdiyinə razı olmasıdır».

Rəvayət olunur ki, Musa (ə) dedi: «Ey Rəbbim! Məni bəndəndən razılığının nişanələrindən agah et». Allah Təala ona vəhy etdi: «Mən bəndəmi Öz itaətimə hazırlayıb, günahlardan uzaqlaşdırdığımı görəndə bil ki, bu Mənim razılığımın nişanəsidir».


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930