İmam Hüseynin (ə) bir kufəliyə ən xeyirli əməl haqda tövsiyəsi
Mьəllif: admin1
Tarix: 29-08-2020, 17:32
İmam Hüseynin (ə) bir kufəliyə ən xeyirli əməl haqda tövsiyəsi
İnsanın insanlarla münasibəti o zaman islah olar ki o ilk növbədə Allahla münasibətlərini islah etsin. Əksinə insanlar razı qalsın və bəyənsin deyə Allahın hökmünü müxtəlif istiqamətlərə yozub, təhrif etmək və ya o hökmü tapdalamaq böyük günahdır.

Belə olan halda Allah da o insanı insanların ixtiyarına buraxar. İnsanın həyatında əsas meyar Allahın razı qalmasıdır. Allahın insandan razı qalması həm də axirət dünyasının ən böyük neməti hesab edilir.

Tövbə surəsinin 72-ci ayəsində buyurulur:

"Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!"

İmam Sadiq buyurur: Atam öz atasından belə nəql edir ki, kufəlilərdən bir nəfər Hüseyn ibni Əliyə yazdı: Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməli barəsində mənə xəbər ver. Həzrət cavabında yazdı:

“Bismillahir-rəhmanir-rəhim. Amma sənin məsələnə gəldikdə isə, bilməlisən ki, həqiqətən hər kəs Allahın razılığını camaatın qəzəbi müqabilində əldə etmək istəsə, Allah onu camaatın işlərindən ehtiyacsız edər. Hər kəs camaatın razılığını Allahın qəzəbi müqabilində əldə etmək istəsə, Allah-taala o şəxsi camaata həvalə edər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930