Axirət səfəri üçün azuqə
![]() - Ey Peyğəmbərin övladı! Bu ağır yüklə hara gedirsiniz? İmam buyurdu: Səfərə gedirəm. Səfər azuqəsi hazırlamışam ki, onu bir yerə çatdırım. - İcazə verin, bu yükü qulamım sizin üçün aparsın. - Xeyr. - Onda icazə verin, mən onu aparım. - Mənim qurtuluşuma səbəb olacaq və səfərimi asanlaşdıracaq bir zəhməti başqasına tapşıra bilmərəm. İmamdan ayrılıb getdim. Bir neçə gündən sonra həzrəti yenə gördüm. Dedim: - Bəs, siz səfərə getməmişdinizmi? Buyurdu: - O səfər, sənin güman etdiyin (dünya üçün) səfər deyildi. Mənim məqsədim axirət səfəri idi. İmam Səccadın (ə) belə səfərləri çox olurdu və həzrət yoxsullar üçün lazım olan un, odun və s. kimi şeyləri öz ciyinlərində aparıb onlara çatdırırdı. Oxşar xəbərlər
|