1200 km-dən artıq yolu piyada Kərbəlaya gedən gənc
Mьəllif: admin1
Tarix: 5-11-2016, 10:57
Bцlmə: Xəbərlər
1200 km-dən artıq yolu piyada Kərbəlaya gedən gənc
Kəmal Şirəfkən tehranlı bir gəncdir ki, ilk dəfə Kərbəlanı ziyarət etmək üçün özü üçün xüsusi proqram hazırlayıb. O, qərara gəlib ki, Kərbəlanı ilk dəfə ziyarət etmək üçün evinin qapısından Kərbəlaya kimi piyada getsin.

Maide.Az xəbər verir ki, bu səfəri başlamaq üçün K.Şirəfkən Tasua günü səhər tezdən evindən çıxıb və İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəminə tərəf yola düşüb. İranın "Mehr" agentliyi bu zəvvarla 1200 kilometrlik yolun 800 kilometrini getdikdən sonra müsahibə alıb ki, biz həmin müsahibədən bəzi hissələri sizlərə təqdim edirik.

Bu səfər üçün 18 kilo arıqladım.

1979-cu il təvəllüdlü Kamal Şirəfkən Tehranda dünyaya göz açıb. Uzun illərdir ki, dəmirçi işləyir. Bir neçə ildir Kərbəlanı ziyarət etmək həvəsində olub, lakin istəyib ki, ilk dəfə Kərbəlanı evindən hərəmədək piyada getməklə ziyarət etsin. “Uzun illərdir ki, istəyirdim ziyarətə gedim, lakin qismət olmurdu. Həmişə ürəyim istəyirdi bir neçə nəfərlə piyada bu səfərə çıxıb, düşünürdüm tək çətin olar və qorxurdum. Bu ildə dostlarımın biri ilə səfərə çıxacaqdım, lakin onun üçün problem çıxdı və mən tənha bu səfərə başladım. Səfərə hazırlaşmaq eşqi ilə bir həftə demək olar gecələr yatmamışam, proqram hazırlayırdım ki, yolda mənimçün problem yaranmasın. Bu səfər üçün 6 ay öncədən hazırlaşmışam, 18 kilo arıqlamışam ki, yol getmək çətin olmasın. 6 il idi arzusunda idim bu səfərin, sonda arzuma çatdım”.

Ərbəində tənha səfərə çıxmaq başqa aləmdir

K.Şirəfkən deyir ki, Ərbəin ziyarəti üçün tənha səfərə çıxmaq başqa aləmdir. İnsan özü-özü ilə xəlvət edir. “Telefonumu mərsiyyələr və dini çıxışlarla doldurmuşam. Yol boyu həmin mərsiyyələri dinləyirəm, dini çıxışlara qulaq asıram, bəzi mərsiyyələr oxunarkən məndə züm-zümə edirəm və ağlayıram. Kirmanşah şəhərinə çatanda dostum mənə zəng elədi, dedim istəyirsən gəl Kirmanşaha birlikdə burdan davam edək, amma ona həm də dedim ki, doğrusu istəmirəm gələsən. Çünki gəlsən mənim xəlvətimi pozacaqsan. Yol boyu Əhli-Beytlə (ə) ürəyimdə danışıram, onlara təşəkkür edirəm ki, məni dəvət ediblər. Bu halı vəsf etmək mümkünsüzdür”.

Gündə 40 kilometr yol gedirdim

Səfərimi Tasua günü səhər tezdən başlamışam. “İlk günlər gündə 40 kilometr yol gedirdim, lakin gördüm ki, proqrama əsasən bu qədər yol getməyə ehtiyac yoxdur. Ondan sonra gündə 20 kilometr yol gedirəm. İlk gün çox çətin idi, səfərə başlayanda düşündüm ki, bu nə işdir tutdun, ama yolu davam etdirdikcə daha çox eşq və əlaqə ilə yol getməyə başladım. 21 gecədir ki, evdən çıxmışam, bu gecələr mənə evimdən də daha rahat olub. Mən özümlə çadır və yataq kisəsi götürmüşəm lakin insanlar məni hüseyniyyələrdə belə qalmağa qoymurlar, zorla evlərinə aparıb ən gözəl və layiqli şəkildə qonaq edirlər”.

Yorulanda Həzrət Zəhradan (s) yardım istəyirəm

Artıq 800 kilometrdən artıq yol gəldiyini deyən K.Şirəfkən İlam şəhəri yaxınlığına çatmışdı. Piyada səfər etmək mənimçün çox maraqlıdır. “Bu səfər mənim öz ixtiyarımla deyildi, mənlik olsaydı bəlkə bir kilometr belə gələ bilməzdim. Səfərə başladığım andan o qədər mənə xoş keçib ki, onu dillə vəsf edə bilmirəm. Özümlə üzərində Qəmər Bəni-Haşim yazılmış bayraq daşıyıram. Çətinliyə düşəndə Həzrət Zəhradan (s) yardım diləyirəm. 1200 kilometrdən artıq bir məsafəni ilk dəfə Kərbəlaya piyada getmək mənim üçün ömür boyu unutmayağım bir xatirə olacaq. Arzum budur ki, yenidən və dəfələrlə piyada Kərbəla ziyarətinə gələ bilim”.⁠⁠⁠⁠
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031