Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin
Müəllif: admin1
Tarix: 1-11-2021, 21:26
Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin
Həzrət Məhəmməd (s) peyğəmbər buyurub:

“Tamah alimin qəlbindən hikməti aparar.”[1]

“Tamah elə sürüşkən qaya parçasıdır ki, alimlərin ayağı onun üzərində sabit qalmaz.”[2]

“Tamahdan ehtiyatlı ol ki, o nəqd olan yoxsulluqdur.”[3]

İmam Əli (ə) buyurub:

“Tamahkarlıq əbədi köləlikdir.”[4]

“Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin.“[5]

“Tamahkar xarlığa düçar olubdur.”[6]

“Kim tamah libasını əyninə geysə, özünü xar edər.”[7]

“Tamahkardan zəlil adam yoxdur.”[8]

“Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır.”[9]

“Təqva və tamahkarlıq bir yerə sığmaz.”[10]

İmam Baqir (ə) buyurub: “Necə də pis bəndədir, rəhbəri tamah olan şəxs.”[11]

İmam Kazım (ə) Hişama nəsihətində buyurur: “Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmək adətini öz qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O, əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər.” [12]

İmam Hadi (ə) buyurub: “Tamah çirkin xislətdir.”[13]

İmam Əskəri (ə) buyurub: “Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması.”[14]

Quran yaxşı tamah haqda buyurur:

“Yanlarını yataqlardan ayırarlar. Qorxudan və (ümidə) tamahla Öz Rəbblərini çağırar və onlara verdiyimiz ruzidən ehsan edərlər.”[15]

“Niyə Allaha və haqdan bizə tərəf gələnlərə iman gətirməyək? Halbuki Rəbbimizin bizi layiqlilərin cərgəsinə (cənnətə) çıxaracağına tamah salmışıq?” [16]

İmam Səccad (ə) duaların birində buyurur: “Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram. Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram.”[17]

İmam Səccad (ə) yenə də duada buyurur: “İlahi! Sənə bəslədiyim çoxdankı ümidimə, Səndən umduğum böyük təmənnaya görə, Sənin Özünə vacib etdiyin mehribanlıq və rəhmətə xatir dərgahına dilək əllərimi açıram.”[18]


[1] Kənzul-Ummal, Hədis 7576

[2] Tənbihul-Xəvatir, c.1, səh.49

[3] Kənzul-Ummal, Hədis 8852

[4] Nəhcül-Bəlağə, hikmət 180

[5] Tənbihul-Xəvatir, c.1, səh.49

[6] Şərhi Nəhcül-Bəlağə, c.19, səh.50

[7] Şərhi Nəhcül-Bəlağə, c.18, səh.84

[8] Ğurərul-Hikəm, Hədis 10593

[9] Şərhi Nəhcül-Bəlağə, c.19, hədis 41

[10] Ğurərul-Hikəm, hədis 10578

[11] əl-Kafi, c.2, səh.320, hədis 2

[12] Biharul-Ənvar, c.78, səh.315, hədis35.

[13] -d-Durrətul-Bahirə hədis 42

[14] Biharul-Ənvar, c.78, səh. 374, hədis35.

[15] Səcdə, ayə 16

[16] Maidə, ayə 84

[17] Biharul-Ənvar, c.98, səh.83, hədis 2

[18] İqbalul-Əmal c.1, səh.168



www.ahliman.info
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930