Hüseyni yaşayış və Hüseyni ölüm
Müəllif: admin1
Tarix: 22-09-2021, 21:06
Hüseyni yaşayış və Hüseyni ölüm
İmam Hüseyn (ə) ölümün mənasını kamilən bilirdi. İmam (ə) həyatın mənasını da gözəl bilirdi. Həzrət (ə) yaxşı bilirdi ki, həyat hədəfsiz və puç deyildir.

Bu elmi və agahlığı nəticəsində həyat hədəfi üçün hərəkət etməyə başladı. Bu hədəfə çatmaq üçün hər cür çətinliyə dözdü. Bu hədəf səbəb oldu ki, İmam (ə) ölümü zalımın zülmü altında yaşamaqdan daha üstün bilsin.

Yezid (lən) ən alçaq xislətlərə qərq olmuşdu. İmam (ə) o zaman ki, bu həqarət və alçaqlığı öz gözü ilə görür, ona necə beyət edə bilərdi ki?

İmamın (ə) yaşı o qədər çox deyildi ki, deyək artıq həyatdan yorulmuşdu. Onun südəmər körpəsi var idi ki, ona ümid bəsləyirdi.

Həmin zamanın insanları onu böyük bir şəxsiyyət kimi qəbul edirdilər. Hətta düşmənləri belə, onu hörmətlə yanaşırdılar.

Bu da İmamın (ə) ictimai məqamından xəbər verirdi. Əgər Həzrət (ə) bir qədər geri çəkilsəydi, çoxları Yezidi (lən) mədh etməyə davam edəcəkdilər.

Əgər belə olsaydı, İmam (ə) ictimai mövqeyini saxlayacaq və ailəsi ilə birlikdə yaşamağa davam edəcəkdi. Yezid (lən) də onu dünya malından ehtiyacsız edəcəkdi.

Ancaq belə həyat İmama (ə) layiq idimi? Belə olardısa, İmam (ə) Allah qarşısına necə çıxacaqdı?

Xeyr, bu, heç bir zaman ola bilməzdi. Çünki həyatın və ölümün həqiqətini dərk edən bir insan necə ola bilərdi ki, dünyanın nemətlərinə görə axirətini satsın?!

İmam Hüseyn (ə) üçün nə ictimai vəziyyəti və nə də ailəsi imtiyaz təşkil etmirdi. Bu qiyamdakı niyyəti də öz adını yadigar qoyub getmək deyildi. Onun üçün mühüm olan şey – Uca Allahın razılığı idi. Ona görə də zülmə qarşı çıxdı və canı ilə ölümü qəbul etdi.

İmamın (ə) şəhadəti – ən əzəmətli şəhadətdir. Tarix belə bir şəhadəti görməyib və görməyəcək də. Çünki bu insan sırf İlahi hədəfə görə kamil ixlasla həyatını ölümə qurban verdi.

Canımız sənə fəda olsun, ey Fatimənin (s.ə) gözünün nuru!

Əgər bu qiyamın fəlsəfəsini dərk edə bilsək, həyatın və ölümün fəlsəfəsini də dərk edərik. Bu düzdür ki, İmam (ə) kimi dərk edə bilmərik.

Ən azı çalımalıyıq ki, dünya nemətinə qərq olub həyatın və ölümün əsil hədəfindən qafil olmayaq.

Pərvərdigara! Səni Hüseynə (ə) and veririk! Həyat və ölümü Hüseynin (ə) baxışlarından bizim üçün aydın et! Amin!


Oxşar xəbərlər
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31