Hansı amillər insanı ölümdən qorxudur?
Mьəllif: admin1
Tarix: 22-01-2016, 21:12
Hansı amillər insanı ölümdən qorxudur?

Həyat ilə ölüm bir-birinə bağlı sözlərdir. O yerdə ki, həyat var, ölüm də vardır. Nəinki onun kənarında və ya bayırındadır – batinindədir və həmin anın gəlib çatmasını gözləyir.
Həyat insan üçün aydın və aşkar olsa da, ölüm hamı üçün gizli və qaranlıqdır. Həyat zahir olsa da ölüm batində və gizlindədir. Ona görə də nə zaman ölümün adı çəkilsə insanlar qorxuya düşərlər. (Tebyan)
İnsan gərək ölüm onun sorağına gəlməzdən əvvəl onu tanısın və bu məsələnin nə qədər əhəmiyyətli olduğunu dərk etsin. Ölüm həyata son qoyduğu üçün bir çoxlarımızı məyus edər və belə hesab edərik ki, tamamilə məhv olacağıq.
Can vermək – elə bir haldır ki, onu məstliyə bənzədirlər. Bu halın meydana gəlməsi – ölümün təbiətindəndir. İnsanı başqa dünyaya daxil olmağa hazırlayar. Necə ki, körpə bu dünyaya gələn zaman bir çox çətinliklə üzləşir, insan da can verən zaman çox sayda çətinliklə rastlaşır. İmam Rzanın (ə) nəzərinə görə, bir insan üçün üç ağır zaman vardır: doğulduğu gün, öldüyü gün və Qiyamət günü.
Əmirəl-möminin (ə) buyurur: “Onların başına gələnləri təsvir etmək olmur. Onlara ölümün süstlüyü, dünya və ləzzətlərini əldən verdikləri üçün həsrət və ya tövbəni əldə vermək, peşmançılıq və günahı aradan qaldırmaq həsrəti cəm olar, əzaları süstləşər, rəngi dəyişər. Bu zaman ölüm onlara nüfuz edər və çətinliklə eşidərlər. Halbuki, ağıl və dərkləri sağlamdır, düşünər ki, ömrünü hansı şeyə hədər vermişdir və hansı şeylərlə ruzigarını məhv etmişdir”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Həqiqətən ölüm üçün çətinliklər vardır və ondan da şiddətlidir ki, təsvir oluna bilsin”. Ona görə də insanın ölümü çətinliklərlə doludur. Bu çətinlikləri mömin də çəkər, kafir də. Ancaq eyni deyildir, fərqlidir.
Quran və hədislərdən belə nəticəyə gəlmək olur ki, möminlərin və salehlərin ölümü kafirlərə nisbətən daha asan və daha az əziyyətlidir. Onları mələklər salamlayar. “O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq cənnətə (hələlik Bərzəx aləmindəki cənnətə, Qiyamətdən sonra isə əbədi cənnətə) daxil olun» deyərlər”. (“Nəhl” 32).
Ancaq kafirlərin ölümü daha çətin və işgəncəlidir. “Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və «dadın yandırıcı əzabı!» (deyirlər). Bu (əzablar)özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir”. (“Ənfal” 50-51).
Hədislərimiz buyurur ki, ölüm – mömin üçün bir müjdədir, belə ki, mömin dünyadakı zəncirlərindən xilas olur və ən gözəl paltarları geyinir, ən xoş ətirləri vurur və behiştin nemətlərindən bəhrələnir. Ancaq zalımlar və kafirlər üçün – bədbəxtlikdir.
Əgər əməllərimizə diqqət edib, hələ dünyada olan zaman özümüzü hesaba çəksək, o zaman ölüm bizimlə daha mehriban olar və bizi behiştlə müjdələyər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930