Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları
Mьəllif: admin1
Tarix: 23-10-2016, 11:22
Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları
İmam Hüseynin (ə) şəhadəti o qədər acı bir hadisədir ki, hətta müsəlman olmayan alimlərin belə qəlbini titrətmiş və onlar da İmamın (ə) uca məqamını etiraf etmişdilər.
Bu alimlərdən biri Tomas Masarikdir ki, o, deyir: “Tarixçilərin və tədqiqatçıların bir çoxu bu inqilabın həqiqətindən xəbərdar deyildirlər. Ona görə də cahilcəsinə hökmlər verirlər. Bilmirlər ki, bu inqilab İslam dünyasında necə dəyişikliklərə səbəb olmuşdur. Hindistanda olan Əli (ə) davamçılarının son 200 ildə keçirtdikləri əzadarlıqlara nəzər salsaq, deyə bilərik ki, əgər inkişaf etmiş və zəngin bir ölkədə əzadarlıq keçirtmək istəsələr və milyonlarla dollar pul xərcləsələr, yenə də bu cür matəm təşkilatları bərpa etməyə müvəffəq olmayacaqlar, bu cür həyəcan və sevgini meydana gətirə bilməyəcəklər”.
Morris Dukberi deyir: “Hüseyn (ə) şərəf və namus, İslam əhkamını yerinə yetirmək, zülmü aradan aparmaq, müsəlmanların malının heyif olmasının qarşısını almaq, zəifləri müdafiə etmək üçün Allah yolunda canından, malından, övladlarından keçmişdir. Zalımlara boyun əyməmişdir. Ona görə də gəlin biz də onun yolunu örnək edək. Zalımların və hegemonların isitsmarından xilas olaq. İzzətli ölümü züllətli həyatdan üstün bilək. Çünki izzətli ölüm zillətli yaşamaqdan daha yaxşıdır. Bu gün əgər müsəlmanlarda azadlıq müşahidə olunursa, onun əsil amili İslam və Quranın göstərişlərinə əməl etməyə görədir. Hüseyn (ə) Həzrəti İsaya (ə) ən çox bənzəyən ruhanidir. Ancaq müsibətləri daha ağır və daha çətindir”.
Herr Marbin alman alimidir və o, deyir: “Hüseyn ibn Əli (ə) – Əmirəl-möminin Əlinin (ə) varisidir. Çünki atası natiqlikdə və münafiqləri tənqid etməkdə misilsiz bir şəxsiyyət olmuşdur. İndiyə qədər dünyada bu cür siyasətçi meydana gəlməmişdir. İslamın kin düşməni olan Bəni-Üməyyə İslamın hörmətini pozdular və bu zaman Hüseyn (ə) susmağı mümkün bilmədi. Bəni-Üməyyə hakimiyyətinə qarşı qiyam etdi. Əbi-Süfyan nəslini, yezidliləri rüsvay və məhv etdi. Buyurdu ki, mən haqq və əmr-be-məruf yolunda öldürülürəm. Əgər bu yolda canımı və əzizlərimi əldən versəm d,ə heç bir tərəddüdüm yoxdur. O, dünyada bərabəri olmaz bir rəftar etdi”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031