Kərbəlada İmam Hüseynlə (ə) birgə şəhadətə tələsən zənci
Mьəllif: admin1
Tarix: 22-10-2016, 11:25
Kərbəlada İmam Hüseynlə (ə) birgə şəhadətə tələsən zənci
Cəunun adı “Ziyarətuş-Şuhəda” ziyarətnaməsində də gəlibdir: “Əssəlamu əla Cəunin məvla Əbizərrinil-Ğəffari”
İslaminSesi xəbər verir ki, bu gün Məhərrəm ayının 20-dir. Artıq bu gündə Kərbəla əsirləri Şam yolunda idilər.

Əllamə Məclisi Biharul-Ənvar əsərində Kərbəlada İmam Hüseynlə birgə döyüşən Əbuzər-Qəffarinin qara dərili nökəri Cəun ibnu Huvəyin məhz bu gündə dəfn edildiyini deyir.

Bəzi tarixçilər və Məqtəl yazarları Cəunun Kərbəlada İmam Hüseynlə birgə şəhid olduğunu deyirlər. Görünür ki, bu xəbərlərin hər ikisi doğrudur. Əllamə yazır ki Cəunun nəşi 10 gün sonra Kərbəlada tapıldı və onun nəşi bu gündə İmam Hüseynin ayağı tərəfdə dəfn edildi.

O, Aşura günündə döyüşə yollananda İmam əvvəl ona ivazə vermədi. Lakin o İmama “Allaha and olsun istəyirəm mənim qanın sənin qanınla qarışsın”

Cəun Fəzl ibni Abbas ibni Əbdül-Mütəllibin nökəri idi. Onu Əbuzəri Qəffariyə bağışlamışdılar. Əbuzər üçüncü xəlifə tərəfindən Rəbəzəyə sürgün olanda Cəun da onunla birgə idi. Cəun silah düzəltməkdə məharətli idi. Aşura günü axşam da o silahları hazırlayırdı.

Cəun o şəxs idi ki İmam Hüseyn onun başı üstünə gəldi. İmam onun cansız cəsədinə baxıb dedi:

“İlahi onun üzünü ağ elə! Onun bədənini ətirli elə! Onu yaxşılarla məhşur et!”

Rəvayətlərə görə onun cəsədi on gündən sonra tapılanda ondan valehedici ətir iyi gəlirdi.

Cəunun adı “Ziyarətuş-Şuhəda”ziyarətnaməsində də gəlibdir:

“Əssəlamu əla Cəunin məvla Əbizərrinil-Ğəffari”
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031