İslam keyfiyyətə çox əhəmiyyət verir, yoxsa kəmiyyətə?
Mьəllif: admin1
Tarix: 29-09-2016, 22:02
İslam keyfiyyətə çox əhəmiyyət verir, yoxsa kəmiyyətə?
Bəzi alimlər dini göstərişlərdə olan keyfiyyəti bir açara, olarla bağlı kəmiyyəti isə o açarın dişlərinə bənzədiblər.
İslaminSesi – Bəzən İslam kəmiyyəti daha çox üstün tutur. Camaat namazında namaz qılanların sayının artması kimi ki artdıqca onun savabı və əcri də artır.

İslam bəzən keyfiyyətə əhəmiyyət verir. Məsələn sədəqənin və infaqın ixlasla və gizlində yerinə yetirilməsi kimi. İnsan surəsinin 8-ci ayəsində buyurulur:

“Onlar oz istahaları cəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq ugrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.”

Göründüyü kimi burada kəmiyət deyil, keyfiyyətə işarə edilir.

Bəzən isə İslam keyfiyyətlə yanaşı kəmiyyəti də qeyd edir:

“Ey iman əhli Allahı zikr edin çoxlu” (Əhzab -41)

Ümumilikdə gələn ayə və hədiləri diqqətlə izlədikdən sonar keyfiyyətin kəmiyyətdən daha üstün olduğu ortaya çıxır. Amma bu kəmiyyətin yaddan çıxarılması və əhəmiyyətsiz hesab edilməsi anlamında deyil.

Məsələn hədislərə gündəlik vacib namazların sayı, orucun müddəti bildirilibsə hətta müstəhəb zikrlərdə belə 7,40 və 70 ədədi qeyd edilibsə vəd edilən savaba nail olmaq üçün onu yerinə yetirmək gərəkdir.

Bəzi alimlər dini göstərişlərdə olan keyfiyyəti bir açara, olarla bağlı kəmiyyəti isə o açarın dişlərinə bənzədiblər.

Burada keyfiyyətin daha üstün və təməl prinsip kimi nəzərdə tutulmasını göstərən bəzi ayələri təqdim edirik:

“İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!” (Kəhf-30)

Hud surəsinin 7-ci ayəsində buyurulur:

“Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ya Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən (yalandan) başqa bir şey deyildir!” – deyə cavab verərlər.”

Hər iki ayədə “Əhsənu Əməla” ifadəsi daha yaxşı əməl keyfiyyətini çatdırır.

Bəyyinə surəsinin 5-ci ayəsində buyurulur:

“Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”

Quranda gələn “Əhsənu Əməla” ifadəsi (Ən yaxşı əməl) ən xalis əməl, ən təqvalı, ən zahidanə, ən düşüncəli, ən məntiqli və ən dərrakəli kimi təfsir edilir.

Hədislərə əsasən iki rəkətli ixlaslı namaz və ya alimin iki rəkət namazı illərlə qılınan cahil namazlarından üstündür. Bu İslamda keyfiyyətin kəmiyyətdən daha üstün olduğunu (amma bununla yanaşı kəmiyyətin də əhəmiyyətsiz olmadığını) göstərir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930