40 ədədinin hikmət və fəlsəfəsi nədir?
Mьəllif: admin1
Tarix: 11-02-2016, 12:57
40 ədədinin hikmət və fəlsəfəsi nədir?
Üç, 7, 12, 14, və 40 rəqəmlərinin digərləri ilə fərqi nədədir
Müxtəlif cəmiyyətlərdə bir sıra ədədlər müqəddəs rəqəmlər kimi formalaşıb. Bu təkcə dini inaclar və mənbələrdən deyil, o cəmiyyətlərin etnopsixologiyası və folklorundan da asılıdır. Məsələn 5 və 7 ədədi təkcə müsəlmanlar arasında deyil, digər dinlər və millətlər arasında da seçilmiş rəqəmlərdəndir.
Amma 7, 12, və 40 kimi ədədlərin İslama görə fərqli imtiyazları vardır.
Məsələn 5 ədədinin islama görə seçilməsi, beş ulul-əzm peyğəmbər və yaxud 5 Əhli-Beyt üzvünə (beş kimsənə) görə ola bilər.
Yeddi, islam mənbələrində buyurulmuş 7 göy, ariflərin seyri-sülukunun 7 əsas mərhələsi və yaxud da Allah evi Kəbə ətrafında 7 dəfə təvaf etməklə bağlı ola bilər. Bunu dastan və rəvayətlərdəki 7 eşq şəhəri ilə də bağlamaq olar.
12 ədədi, Qurani-Kərimdə Musa peyğəmbərin möcülərindən olan 12 bulaq və yaxud da 12 məsum İmamla da bağlı ola bilər.
Bu ədədlərin arasında 40-ın da özüməxsus yeri var. Görünür hədislərdə müəyyən bir zikrin 40 dəfə oxunması, Musa peyğəmbərin 40 gün Turi-Sinada qalması, günahlarına görə Bəni-İsrailin 40 il səhrada sərgərdan qalması və hətta biz insanların yaxınlarımızdan biri öldükdə ona 40 məclisi verməyimiz də əsassız deyildir.
Etiraf etmək lazmdir ki, 40 ədədinin hikmət və fəlsəfəsini açıq aşkar şəkildə bəyan edə bilən bir hədis mövcud deyildir. Lakin İslam dünyasının böyük arifləri və məşəqqətli riyazətlər mərhələlərini adlamış alimlərin sözlərinə görə, 40 ədədi əslində bir kəmiyyətin (ədəd) deyil keyfiyyətin əlamətidir. Məsələn hədislərin birində 40 ədədi ilə bağlı belə deyilir: “Hər kəsin ağlı (o şəxsin istedad və patensialına görə) 40 yaşında təkmilləşər”
Digər bir hədisdə belə deyilir: “40 yaşına çatan bir şəxsin pis işləri xeyir işlərindən çox olsa şeytan onun alnından öpüb deyər: Daha bu qalib olmayacaq”
Burada 40 ədədini keyfiyyəti və təkamülü bildirən bir mərhələ kimi də görürük.
Ola bilər ki biz insanların öz ölülərimizə 40 gününü qeyd etməyimiz də bundan irəli gəlir. 40 bir mərhələ olaraq, mərhumun bərzəx aləmindəki vəziyyətinin yeni bir mərhələsi ola bilər. Yaxud da ailəsini itirmiş bi şəxs bir müddət (40 gün) keçdikdən sonra vəziyyətin nə yerdə olduğunu daha yaxşı anlaya biləcəkdir. Zikrlər, müstəhəb namazlar, müxtəlif savab işlərlə bağlı deyilən hədislərdə 40 ədədinin təkrarən deyilməsi, bu rəqəmin elə bir mənəvi təkamül mərhələsindən ibarət olduğunu ortaya qoyur. İslaminSesi/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930