Həzrət Zəhranın (s.ə) izni ilə qapılar açılır
Müəllif: admin1
Tarix: 31-12-2020, 20:48
Həzrət Zəhranın (s.ə) izni ilə qapılar açılır
Həzrət Ayətullah əl-üzma Seyid Musəvi Şübeyri Zəncani “Cureyi əz dərya” (Dənizdən bir damla) kitabında bağlı qapıların açılması üçün “Ya Fatimə” zikrinin təsiri haqqında maraqlı hekayələr yazmışdır.

Seyid Mürtəza Kəşmirinin qonağı gəlir. Otağa daxil olmaq lazım olur. Amma otağın qapısı qıfıllı idi və açar alimin yanında deyildi.

Seyid Mürtəza deyir: Məşhurdur ki, hər kəs həzrət Musanın (ə) anasının adını çəksə, bağlı qıfıl açılır. (Öz-özlüyümdə dedim:) Mənim anam həzrət Musanın (ə) anasından əskik deyil.

Seyid Mürtəza “Ya Fatimə” deyir və qapı açılır.

Ayətullah əl-üzma Seyid Musəvi Şübeyri Zəncani deyir: Mən Seyid Mürtəza Kəşmirinin əhvalatını bir neçə nəfərə danışdım. Buna oxşar hadisələr onlar və mənim üçün də baş verdi.

1. Bir dəfə qapı arxasında qalmışdım. Ailəm də evdə yox idi. Bizə qonaq gələcəkdi. Qapının bağlı olması məni utandırırdı. Mən “Ya Fatimə” dedim. Qapı açıldı. Bu hadisənin oxşarı mənim ailəm üçün də baş vermişdir.

2. Bizə qonaq gələcəkdi. Həyat yoldaşım eşikdə idi. Evin açarları da məndə idi. Mən evə tez qayıtmalı idim. Amma bunu unutduğumdan həyat yoldaşım qapı arxasında qalır.

Tezliklə qonaq da gəlib çatacaqmış. Həyat yoldaşımın yadına Seyid Mürtəza Kəşmirinin əhvalatı düşür. O, “Ya Fatimə” deyərək qapını itələyir. Qapı açılır.

3. Böyük qardaşım Hacıağa İbrahim deyirdi: Qapının açarı sınmışdı və qapı açılmırdı. 15 dəqiqə nə qədər təlaş etdimsə qapı açılmadı. Seyid Mürtəza Kəşmirinin əhvalatını xatırladım və dedim: “Ya Fatimə”. Sonra qapını itələdim. Qapı açıldı.

4. Hacı Seyid Mehdi Ruhani, Əhmədi Miyanəcinin evinə gedir. Qonaq qarşılamaq üçün lazım olan vəsait yığılmış şkafın açarı itmiş olur. Seyid Ruhani “Ya Fatimə binti Muhəmməd” deyir və qapını itələyir. Qapı açılır.

Qaynaq: Ayətullah Seyid Musəvi Şübeyri Zəncani, “Cureyi əz dərya”, c. 2, səh. 516.


Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031