Həzrəti Fatimənin (s.ə) şəhadəti
Mьəllif: admin1
Tarix: 16-04-2014, 16:59
Həzrəti Fatimənin (s.ə) şəhadəti


Peyğəmbərin (s) vəfatından üç ay keçər- keçməz onun cigərparası Həzrəti Zəhra (s.ə) da bu fani dünyadan gedəsi oldu. Həzrəti Əlinin (ə) güclə beyət etdirmək üçün evinə hücum çəkmiş dəstə qapının bağlı olduğunu görüb evə soxulmaq istədi. Qapının arxasında dayanıb gələnlərə nəsihət etmək istəyən xanım Zəhranın (s.ə) sanki heç Peyğəmbər qızı olmasına məhəl qoymayan bu inadkar dəstə qapını yandirmaq qərarına gəldi. Az sonra isə yarıyanmış qapını vurub sındıraraq içəri daxil olanlar qapı arxasında ölümcül vəziyyətdə yıxılıb qalmış, bətnindəki Möhsünü siqt olmuş Zəhranın (s.ə) ah- naləsinə də fikir vermıdilər. Beləliklə, xanım Zəhra (s.ə) dörd (beş) məsum körpənin anası yanıq qapı mismarının sinəsini dəlməsi qabırğasının sınması və aldığı digər ağır yaralar nəticəsində 18 yaşındaykən əziz atası Peyğəmbərə (s) qovuşdu.

Sonda sözümüzü Peyğəmbərin (s) və imam Həsənin (ə) Fatimə (s.ə) barədə buyurduğu iki hədislə bitiririk:. Peyğəmbər (s) buyurmuşdur: "Məryəm öz əsrinin qadınlarının xanımı idisə, qızım Fatimə (s.ə) əvvəldən- axıra qədər bütün dünyanın qadınlarının xanımıdır". İmam Həsən Hüctəba (ə) buyurmuşdur: "Biz Allahın yer üzərində insanlara olan höccətiyik, Fatimə(s.ə) Allahin bizə olan höccətidir".
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031