Ürəyimiz üçün bir qapı düzəldək
Mьəllif: admin1
Tarix: 24-02-2015, 22:50
Ürəyimiz üçün bir qapı düzəldək
Ayətullah Müctəhidi nəql edir: “Bir dülgər ayətullah Ərakinin yanına gəlir və ondan istəyir ki, onu moizə etsin. Alim soruşur ki, peşən nədir? Həmin dülgər deyir ki, pəncərə və qapı düzəldirəm. Alim deyir: “Heç indiyə qədər ürəyin üçün qapı, pəncərə düzəltmisən? Ürəyin üçün bir qapı düzəlt ki, Allahdan savayı heç kəs ora daxil olmasın”. (Tebyan)
Cavanlığınızın qədrini bilin. İndi ürəyiniz üçün qapı düzəldə bilərsiniz. Əgər 40 yaşına qədər bu qapını düzəldə bilməsəniz, o zaman şeytan (lən) gələr alnınızdan öpüb deyər ki, sən artıq hidayət olunası deyilsən.
İnsan gərək hər gün tövbə etsin və tövbəsini gecikdirməsin. O kəslərdən olmayın ki, uzun arzulara görə tövbəsini yubandırar. Hələ ki, cavansınız, qoymayın ki, ürəyiniz xarab olsun. Nəfslə mübarizə etmək insanı kamala çatdırar. İslam dinində onu “əkbər cihad” adlandırırlar.
Biz gərək gün ərzində gördüklərimizə və eşitdiklərimizə nəzarət edək. Dünyaya bağlanmamaq insanı dünyanın eniş və yoxuşlarından qoruyar. Dünyanın bu eniş və yoxuşları insana çox təzyiq göstərər.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim əlindən getdiklərindən ümidini kəsərsə, bədəni rahatlıq tapar. Hər kim Allahın ona ruzi etdiyindən razı olarsa, baxışı aydın olar”.
Dünyadan ancaq ləzzət almaq istəyənlər üçün dünya həsrət və iztiraba çevrilər. Yəni, sabahından nigaran olar, dünəninə görə təəssüf edər.
Həzrət Peyğəmbər (s) buyurur: “Mən dünyaya ürək bağlayan insana üç şeyi zəmanət edirəm: yoxsulluq, giriftarlıq, sona çatmayan qəm və qüssə”.
Dünyaya ürək bağlayan insanın həyatdan ümid və arzuları çox olar. Bu cür insan arzularına çatmasa, qəm və qüssəyə qərq olar.
Ona görə də fani olan dünyaya bel bağlamayaq və ürəyimizə Allahdan savayı heç kəsi buraxmayaq.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031