İmamlar hansı zəhər növləri ilə şəhid ediliblər?
Mьəllif: admin1
Tarix: 11-07-2020, 19:11
İmamlar hansı zəhər növləri ilə şəhid ediliblər?
İmam Əli (ə) və İmam Hüseyndən (ə) başqa digər imamlar (ə) zəhərlənərək, şəhid ediliblər. Bəzi hədislərə və tarixi faktlara görə İmam Əlinin (ə) mübarək başına dəyən qılınc da zəhərlənmişdi ki bu da imamın (ə) iki gündən sonra şəhid olması ilə nəticələnmişdi.

Araşdırmaçı və xətib höccətül-İslam Bəndaninin fikrinə görə yalnız İmam Hüseynin) (ə) şəhadəti zamanı zəhərdən istifadə edilməyib.

Araşdırmaçı höccətül-İslam Bəndani deyir:

“İmamların (ə) şəhid edilməsi zamanı istifadə edilən zəhərlər eyni olmayıb. Ərəbistan Yarımadasında və İraqda yerli təbiblərin istehsal və istifadə etdikləri zəhərlər və onların xam malları da müxtəlifdir. Yerli zəhərlərdən birinin adı “Şoukəran”dır. Digər bir zəhər növünün adı “Həlahil”dir. Həlahil özü də üç növdür.

Şoukəran zəhərinın adı qədimi tibbi kitablarda da keçib. Məsələn İmam Həsən (ə) zəhərli suyu içdikdən 40 gün sonra şəhid oldu. İmam Həsən Əsgəri (ə) zəhərdən 7 gün sonra şəhid oldu. İmam Musa Kazim (ə) 3 gün sonra şəhid oldu.

Amma İmam Cavada (ə) verilən zəhər Həlahil deyildi, Şoukəran idi. Şoukəranı içən şəxsin qıçları dərhal ağırlaşır və tutulur. Bunu içən adam yerə çökür və hərəkətdən qalır. Bu zəhər gün deyil, bir neçə an içində insanı öldürür. Bunu İmam Cavada (ə) içirəndən sonra gördülər ki yerə yapışdı....”

Araşdırmaçı və xətib höccətül-İslam Bəndaninin əlavə edir:

“Məqtəl kitablarından olan Məsaibul-Ənvarda gəlib ki o zaman İmam (ə) zəhərləndikdən sonra ona şiddətli susuzluq gəldi. Yerə çökən İmam (ə) (onu zəhərləyən xəyanətkar arvadı) Ümmül-Fəzldən su istədi. Amma Ümmul-Fəzl kənizləri də otaqdan çıxardı, özü də çıxıb qapını bağladı.”

Höccətül-İslam Bəndani deyir: “İmam (ə) bilirdi ki Ümmul-Fəzl ona su verməyəcək. Amma su istəməsi ilə qiyamətdə onun gətirəcəyi bəhanənin qarşısını aldı və itmami-höccət etdi. İtmami-höccət etdi ki Ümmul-Fəzl qiyamətdə “məndən su istəyəsdi ona verərdim” bəhanəsini gətirə bilməsin.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930