Bu gün möminlərin əmiri İmam Əlinin (ə) şəhid olan günüdür
Mьəllif: admin1
Tarix: 27-06-2016, 12:12
Bцlmə: Xəbərlər
Bu gün möminlərin əmiri İmam Əlinin (ə) şəhid olan günüdür
Bu gün Məhəmməd peyğəmbərdən (s) sonra ən üstün fəzilətli bəşər İmam Əlinin şəhid edilən günüdür.

Həzrət Əli (ə) İslam peyğəmbərinin (s) ən bariz tələbəsi, Onun xüsusi tərbiyə etdiyi və böyütdüyü, əziz Peyğəmbərimizin (s) əmisi oğlu və kürəkəni, islamın inkişafı yolunda göstərilən ən böyük şücaətlərin sahibi, müsəlmanların birinci imamı və digər 11 imamın atası kimi bəşəriyyət tarixində ən çox müsbət iz buraxan insanlardan biridir. İmam Əli ibn Əbu-Talib (ə) Kəbədə dünyaya gələn, tərbiyəsini və təlimini Peyğəmbərdən (s) alan, Peyğəmbərin (s) yerində yatmağı qəbul edərək onu ölümdən xilas edən, haqqında 300-ə yaxın ayələrin nazil olduğu insan, Əhli-beytin bir üzvü olan, imamlar atası, Bədr döyüşündə bütpərəstlərin məğlubiyyətə uğramasına əsas səbəb, Ühüd döyüşündə peyğəmbərin canını qoruyan, Xəndək döyüşündə bütpərəstlərin sərkərdəsi Əmr ibn Əbdəvüddü məğlub edən, Xeybər döyüşünün qəhrəmanı və fatehi, Peyğəmbərin (s) müsəlmanlara təyin etdiyi xəlifə, ədalətinə görə şəhid edilən, ədalətinə görə ədavət edilən insan, fəzilətləri və comərdliyi ilə dünya qeyri-müsəlman alimlərini etiraflara vadar edən, mehrabda şəhid edilən, əsl zahid və elm şəhərinin qapısı və digər yüzlərlə fəzilətlərə malik olan yeganə şəxsdir.

İmam Əlinin (ə) fəzilətləri barədə məzhəbindən, dinindən, təfəkkür tərzindən asılı olmayaraq, müxtəlif yazıçı və mütəfəkkirlərin əsərləri həddən artıq çoxdur. İmam Əli (ə) yüzlərlə ilahi fəzilətə malik olub.

İmam hicrətin 40-cı ilində Ramazan ayının 19-da cahil və fitnəkar bir radikal müsəlman tərəfindən mehrabda ikən zərbətləndi. İmam iki gün sonra şəhid oldu.

İmamın yaralandığı zaman onun yanına gələn övladları yaxınları və səhabələr ağlayarkən imam buyurdu: Ağlamayın Allaha and olsun ki ölüm mənim üçün uşaq üçün şirin olan ana sinəsindən də şirindir. Kəbənin rəbbinə and olsun ki mən zəfər çaldıçm”.İslaminSesi\
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930