Əbülfəzl-Abbasın anası - Ümmül-Bəninin (s.ə) vəfatı gecəsidir
Mьəllif: admin1
Tarix: 26-01-2021, 21:18
Əbülfəzl-Abbasın anası - Ümmül-Bəninin (s.ə) vəfatı gecəsidir

Ümmül-Bəninin (s.ə) ata-babaları İslamdan öncəki dövrdə ərəblər arasında qəhrəmanlarından hesab olunurdu. Tarixçilər onların döyüş zamanı göstərdikləri şücaəti xüsusi vurğulayıblar.

Əbülfərəc İsfahani özünün kitabında Ümmül-Bəninin (s.ə)əcdadının qəhrəmnalığından yazıb. Ondan əlavə, onlar öz qövmlərinin başçısı olublar.

Belə ki, dövrün sultanları onlara təslim olaraq baş əyirdilər. Təsadüfi deyil ki, Əqil bin Əbi Talib Əmirəlmömininə (ə) deyirdi: “Ərəbər arasında Ümmül-Bənin tayfasından daha qəhrəman və şücaətlilərin görməmişəm”.

Əmirəlmöminin (ə), həzrət Fatimənin (ə.s) şəhadətindən sonra Ümmül-Bənin ilə evlənib.

Deyilənə görə Əqil ibn Əbi Talib ərəb tayfalarını tanıyırdı. Həzrət Əliyə (ə) Ümmül-Bəninlə evlənmək təkilifini o, etmişdi.

Həzrət (ə) bu təklifi qəbul edir və onu Ümmül-Bəninin (s.ə) atasının yanına elçiliyə göndərir. Bu izdivacın nəticəsində Əbülfəzl-Əbbas (ə), Əbdüllah, Osman, Cəfər dünyaya gəldi ki, onlar da Kərbəlada şəhid oldular.

Ümmül-Bənin (s.ə) istər həzrət Əlinin (ə) həyatı dövründə, istərsə də onun şəhadətindən sonra öz həyat yoldaşı üçün səmimi, fədakar, ismətli xanım olub.

Bufədakar xanım, həzrət Əlinin (ə) azyaşlı uşaqlarını görəndə birbaşa onlara xdimət etmək qərarına gəldi və həqiqi bir ana kimi tutduğu yolda irəli getdi. Həzrət Fatimənin (s.ə) övladlarını öz övladlarından da önə çəkdi. Əsasən öz məhəbbətini onlara həsr etdi.

Bir qədər sonra (əsl adı Fatimə olduğu üçün) həzrət Əliyə (ə) deyir ki, onun adını Ümmül-Bənin çağırsın. Beləliklə də Həsən və Hüseyn onun əsl adını atalarından eşidəndə analarına aid acı xatirələri xatırlayıb, anasızlıq əzabını hiss etməsinlər.

Məhz onun belə xüsusiyyətlərinə görə həzrət Əli (ə) səmimi qəlbdən onun hörmətini saxlayırdı.

Deyirlər ki, Aşura hadisəsində Ümmül-Bənin (s.ə) Mədinədə idi. Övladlarına səfər zamanı belə tapşırdı: “Mövlam İmam Hüseynə (ə) göz qoyun, ona itaət edin!”.

Əlbəttə, Bəşir və həzrət Zeynəb (ə) ona imam Hüseynin (ə) şəhadət xəbərini verəndə o dedi: “Ey Bəşir, ürəyimi parçaladın!”. Səsini qaldırıb nalə etməyə başladı.

Bəşir dedi: “Allah, mövlamız İmam Hüseynin (ə), müsibətinə görə sizə böyük mükafat versin". Ümmül-Bənin dedi: “Övladlarım və yer üzündə olan hər bir şey İmam Hüseynə (ə) fəda olsun!".

Din alimi Məmaqaninin dediyinə əsasən, onun bu sözü imanını yüksək dərəcəsini, imamət məqamın güclü tanıdığını göstərir. O, özünün misilsiz dörd oğlunun İmamın (ə) müdafiəsi uğurunda şəhadətə çatmasını şükranlıqla qəbul edir.

Kərbəla hadisəsindən sonra o, hər gün övladı Abbas üçün ağayır, mərsiyələr deyir, onun balalarını özü ilə birlikdə gətirərdi. Mədinə camaatı onun mərsiyələrini eşitmək üçün toplanardı. Onun yandırıb-yaxan rövzələrindən hamılıqla göz yaşı tökərdilər.

Diqqət olunası nöqtə odur ki, onun Bəqi məzarlığına gəlməsi Bəni-Üməyyəyə qarşı bir inqilab idi. Camaatı o müsibətin incəliklərindən xəbərdar edirdi.

Aşura hadisəsi və orada şəhid olanların xəbərindən sonra Ümmül-Bənin öz evində yas mərasimi təşkil etdi. Bəni-Haşim qadınları orada bir araya gəlib İmam Hüseyn (ə) və onun ailəsi üçün ağlayırdı.

Məşhur rəvayətə görə hicri təqvimi ilə 64-cü il, cəmadius-sani ayının 13-cü günü, Həzrət İmam Əlinin (ə) həyat yoldaşı və Qəməri-bəni-Haşim - həzrət Əbülfəzl-Abbasın (ə) əziz anası Ümmül-Bənin (s) vəfat etdi.

Onun oğlu Abbasın (ə) nəvələrinin əksəriyyəti Ərəbistan, İraq, Misir, İordaniya, İran və Türkmənistana da yayılmış, elm, ədəbiyyat, hədis və şeirdə öz dövürlərinin üstünləri olmuşlar.

O cümldən Əbu Əli ibn Həmzə ibn Qasim ibn Əli ibn Həmzə ibn Həsən ibn Abdullah …ibn Abbas Əhli-beyt (ə) məktəbinə xas aləmdə etimad olunan hədisçilərədən olmuşlar. O, “Ət-tövhid”, Əz-ziyarə”, “Əl-mənasik” kimi kitabların müəllifidir.

Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031