İnsan Allahdan qeyrisinə and içə bilərmi?
Mьəllif: admin1
Tarix: 26-09-2022, 10:51
İnsan Allahdan qeyrisinə and içə bilərmi?
Bəzən belə irad tutulur ki, nə üçün şiələr Allahdan başqasına and içirlər, məsələn, Qurana, Peyğəmbərə, imamlara, ataya, anaya, bərəkətə və sair ?

Qurana nəzər salaq və görək səmavi kitabımız bizə Allahdan qeyrisinə and içməyi haram bilirmi?! Allah kitabına baxdıqda görürük ki, Allah-taala təkcə ''Şəms'' surəsində doqquz məxluqa and içir. Bir ayədə belə rast gəlmirik ki, Allah-taala bunu bizə haram bilsin.

Allah-taala buyurur: ''And olsun əncirə və zeytuna. And olsun Tur- Sinaya. And olsun bu əmin şəhərə (Məkkəyə).''

''Ey Peyğəmbər! Sənin canına and olsun ki, onlar öz şəhvət sərxoşluqlarında sərgərdandırlar.'' (Hicr surəsi, ayə-72)

''And olsun qələmə və mələklərin yazdığına.'' (Qələm -1)

İrad ola bilər ki bu kimi andları yalnız Allah içə bilər.

Cavab olaraq demək lazımdır ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, o cümlədən and içməyə də. Quran bəşərə ona görə göndərilib ki, biz ondan ibrət götürək və ona uyğun hərəkət edək.

Hədislərə baxsaq görərik ki, Peyğəmbər(s) də məxluqa and içir. Peyğəmbər(s)-in and içməyinə dair məhşur sünnə aliminin öz kitabında qeyd etdiyi hədis var.(Səhihi Müslüm'' Zəkat kitabı 3-cü c. səh.93-94)

Peyğəmbər(s) öz səhabələrinə atalarının canına and içməyi həqiqətən də qadağan etmişdi. Çünki onların ataları müşrük kimi dünyadan köçmüşdür. Müşrük və kafirlərin canına and içmək olmaz. Ən azı ona görə ki, müşrük və kafirlər buna layiq deyillər.

“Bir şəxs Peyğəmbərdən soruşur ki, ya Rəsuləllah, hansı sədəqə daha fəzilətlidir? Həzrət cavabında buyurur: And olsun atanın canına! Bil, o sədəqə daha əzəmətlidir ki, sağlam olasan, pula ehtiyacın ola, fəqirlikdən qorxasan, gələcəyinin fikrində olasan və eyni halda sədəqə verəsən. (Müsnədi Əhməd 5-ci c., səh.224-225)

Peyğəmbər (s) buyurur: And olsun öz canıma ki, əmr be-məruf və nəhy əz-münkər etməyin sakit oturmağından yaxşıdır…..


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031