Sədəqə yalnız maddi olmur, işlərlə də olur
Mьəllif: admin1
Tarix: 2-10-2022, 12:29
Sədəqə yalnız maddi olmur, işlərlə də olur
Sədəqə ancaq maddi olmalıdırmı? Bu saula cavab vermək üçün İmam Hüseyndən (ə) gələn bu hədisə nəzər salaq: "Ən çox bağışlayan insan o kəsdir ki, ona ümid gözü ilə baxmayana bəxşiş edər”.

Bəs Məsumlar (ə) nəyi sədəqə hesab edirlər?

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Hər bir müsəlman hər gün sədəqə verməlidir”. Soruşurlar: "Kimin buna gücü çatar?”.

Həzrət (s) buyurur: Yolun üstündən zərər verə biləcək şeyləri götürmək - sədəqədir. Başqasına yol göstərmək - sədəqədir.

Xəstəni ziyarət etmək - sədəqədir. Əmr-be-məruf - sədəqədir. Nəhy-əz-munkər - sədəqədir. Salamın cavabını vermək - sədəqədir”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir yaxşı iş - sədəqədir”.

Əziz Peyğəmbər (s) həmçinin başqa yerdə buyurur: "Dilini saxla. Çünki bu iş - özünə verdiyin sədəqədir”.

İmam Sadiq (ə) sədəqə haqqında buyurur: "Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birindən əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq”.

Həzrət Peyğəmbər (s) yenə buyurur: "Pislikdən çəkinmək - sədəqədir”.

İmam Sadiq (ə) buyurur: "Kar insana, bir sözü başa salmaq - gözəl bir sədəqədir”.

Belə isə, bu gözəl əməllərdən qafil olmayaq.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930