Heç vaxt məqsədə çatmayacaq tələbələr...
Mьəllif: admin1
Tarix: 21-05-2021, 10:43
Heç vaxt məqsədə çatmayacaq tələbələr...

Pul qazanmaq istəsən, ruhani libasını çıxar!

Ayətullah Şeyx Lütfüllah Safi Gülpayiqani nəql edir ki, mərhum Ayətullah-üzma Bürucerdi dərsdə buyurdu:

Tələbələr, din təbliğatçıları məndən çox soruşurlar ki, biz məqsədə nə vaxt çatacağıq? Nə vaxta qədər çalışmalıyıq? Haradan bilək ki, məqsədə çatmışıq, yoxsa yox?

Bilin ki, əgər maddiyyat əldə etmək üçün hövzəyə gəlmisinizsə, dini təhsil alırsınızsa, məqsədə heç vaxt çatmayacaqsınız. Əvvəldən səhv etmisiniz, yolunuzu dəyişin.

Bu yol insanı maddiyata çatdıran yol deyil. Əgər bu yolu Allahın razılığı, ilahi məqam əldə etmək üçün seçmisinizsə, bilin ki, elə ilk addım atanda məqsədə çatmısınız!



Vilayet.info
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930