Qorxu və vahimənin əmin-amanlıq və xatircəmliklə əvəz olunmasının şərti – ibadətdir
Mьəllif: admin1
Tarix: 31-05-2021, 10:16
Qorxu və vahimənin əmin-amanlıq və xatircəmliklə əvəz olunmasının şərti – ibadətdir
Allah Təalanın insana əta etdiyi dəyərli nemətlərdən biri də təhlükəsizlik nemətidir ki, çox təəssüf ki, insanlar ondan qafildirlər.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “İki nemət vardır ki, tanınmamışdır: təhlükəsizlik və sağlamlıq”.

O insanlar ki, təhlükəsizlik içində yaşayırlar, suyun içində olan balıq kimidirlər. Balıq o zamana qədər ki, suyun içində olar, ona diqqət etməz.

Ancaq o zaman ki, balığı sudan çıxardarlar – başa düşər ki, necə də dəyərli bir nemətin içində imiş. Ola bilsin ki, insanlar ona görə bu nemətdən qəflət edirlər ki, bu nemət çox az hallarda özünü göstərər.

Təhlükəsizlik beş hissəyə bölünür:

1. Toplumun təhlükəsizliyi.

2. Psixoloji təhlükəsizlik.

3. İctimai təhlükəslik.

4. Əxlaqi təhlükəsizlik.

5. İqtisadi təhlükəsizlik.

Bu nemətlərin hər biri öz yerində böyük əhəmiyyətə malikdir. Bu nemətlərin olub-olmamasının cəmiyyətə böyük təsiri vardır. Əgər Allah bəndələri Allaha ibadət və itaət etsələr, bu nemət davamlı olar.

Bu nemət o zamana qədər davamlı olar ki, insanlar Allah ibadətindən əl çəkməzlər. “Beləliklə, Musaya onun qövmünün Firon və qövmlərinin böyüklərinin onlara əzab verməsindən qorxan övladlarından (onun qövmünün zəif vəziyyətdə saxlanılan təbəqəsindən) başqa heç kəs iman gətirmədi.

Və əlbəttə, (Firon özünü) Yer üzündə olduqca uca tutardı (təkəbbür göstərərdi) və həddi aşanlardan idi (onun təkəbbürdə həddini aşmasının nümunəsi – tanrılıq iddiası etməsi, qətldə həddini aşmasının nümunəsi – uşaqları öldürməsi və zülmdə həddini aşmasının nümunəsi – insanlara müxtəlif işgəncələr verməsi idi)”. (“Yunus” 83).

Bu nurani ayədən aydın şəkildə görünür ki, o zaman Bəni-İsrayil Həzrət Musaya (ə) iman gətirmirdi və zillət içində idi, Firon kimi bir bəla ilə üzləşmişdi və təhlükəsizliyini əldən vermişdi.

Halbuki, Uca Allah başqa bir ayədə buyurur: “Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi Yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir”. (“Nur” 55).

Yəni, əgər müsəlman olsanız, əmin və amanlıqda, təhlükəsizlikdə olacaqsınız.

“Bu Evin (əzəmətli Kə’bənin) Rəbbinə ibadət etsinlər. O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı”. (“Qureyş” 3-4).

Hər kim Allaha ibadət edər, Allah ona bu neməti nazil edər.

Quran buyurur: “Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur”. (“İsra” 67).

Allah bu ayədə kafirlərə xəbərdarlıq edir ki, əgər nankor olmağa davam etsələr təhlükəsizlik nemətini onlardan alacaqdır.

Beləliklə deyə bilərik ki, təhlükəsizlik elə bir dəyərli nemətdir ki, insan ondan çox vaxt qafil olar. O zaman qədrini bilər ki, onu əldən verər.

Allah buyurur ki, əgər Mənə ibadət etsəniz və şükür etsəniz, həmin nemətimi sizə davamlı edərəm. Ancaq əgər iman gətirməsəniz və itaət etməkdən boyun qaçırtsanız – bu neməti sizdən alaram.

Allaha verdiyi bütün nemətlərinə görə şükür edirik və arzu edirik ki, bu dəyərli nemətini biz müsəlmanlar üçün davamlı etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930