Ən üstün din ardınca olan kişiyə İmam Kazımın (ə) göstərdiyi hidayət yolu
Mьəllif: admin1
Tarix: 16-02-2023, 20:16
Ən üstün din ardınca olan kişiyə İmam Kazımın (ə) göstərdiyi hidayət yolu
İmam Kazımın (ə) səhabələrindən biri olan

Yəqub ibn Cəfər nəql edir: “Bir gün Həzrətin xidmətində idim və bir xristian kişi gəldi.

Dedi: “Mən uzaq diyardan böyük çətinliklə gəlmişəm. 30 ilə yaxındır ki, Allahdan istəmişəm ki, məni ən kamil və ən üstün dinə tərəf hidayət etsin. Həmçinin ən üstün bəndə tərəfindən hidayət olum.

Bir gecə yuxuda bir şəxsi gördüm ki, mənə Dəməşqdə belə bir şəxsi tapacağımı söylədi. Mən də Dəməşqə yollandım.

Həmin kişini tapdım və ətraflı söhbət etdikdən sonra, mənə dedi: “Sənin itirdiyin Mədinə şəhərindədir. Mədinəyə daxil olan zaman Musa ibn Cəfəri (ə) soruş, onu tapsan, məqsədinə yetişərsən”. İndi sizin xidmətinizə gəlmişəm”.

Xrsitian kişi bu sözləri deyən zaman ayaq üstə idi və əsasına söykənmişdi.

Dedi: “Əgər icazə versəniz, əlim sinəmdə əyləşərəm”.

İmam (ə) buyurdu: “Əyləşməyə icazən vardır, ancaq əlin sinəndə deyil, azad və rahat”.

Kişi dedi: “O kişi ki, mənə sizi tanıtmışdı sizə salam göndərdi, salamın cavabını verməyəcəksiniz?”.

İmam (ə) buyurdu: “Allah onu hidayət etsin, o zamana qədər ki, İslam dininə gəlməyibdir, salamın cavabı yoxdur”.

Kişi dedi: «حم و الكتاب المبین إنّا أنزلناه فى لیلة مباركة إنّا كنّا منذرین فیها یفرق كلّ أمر حكیم»، Bunun təfsiri necədir?

İmam (ə) buyurdu: حم dedikdə, məqsəd - Muhəmməddir (s). Huda (ə) nazil olan kitabda mövcuddur. الكتاب المبین - Əmirəl-möminindir (ə). لیلة مباركة - Həzrət Fatimədir (s.ə). فیها یفرق كلّ أمر حكیم yəni, Fatimədən (s.ə) çoxlu xeyir xaric olur ki, onların hamısı müdrik olacaqdır”.

İmam (ə) həmin kişiyə buyurdu: “Həzrət Məryəmin (s.ə) anasıın adı nədir? Hansı gündə İsanın (ə) ruhu ona üfürülmüşdür? Hansı gündə və hansı zamanda dünyaya gəlmişdir?”.

Kişi dedi: “Bilmirəm”.

İmam (ə) buyurdu: “Həzrət Məryəmin (s.ə) anasının adı Mərsa idi. Ərəb dilində “Vəhibə” mənasını verir. Cümə günündə zöhr zamanında hamilə qalır və Allah bu günü əziz tutur.

Həmçinin, Peyğəmbərə (s) müsəlmanların böyük bayramı kimi tanıtmışdır. Həzrət İsa (ə) çərşənbə axşamı günündə zöhrdən əvvəl Fərat çayının kənarında dünyaya gəlmişdir”.

Kişi İmama dedi:” Mənim adım nədir? İndi mənim üçün hansı adı seçirsiniz?”.

İmam (ə) buyurdu: “Adın Abdulsəlibdir ki, sənin üçün Abdullah adını seçmişəm”.

Xrsitian kişi İslam dinini qəbul edir və boynundan asdığı xaçı çıxardır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031