Xızr Nəbi (ə) İmam Əlinin (ə) görüşünə gəlir!
Mьəllif: admin1
Tarix: 4-02-2023, 22:56
Xızr Nəbi (ə) İmam Əlinin (ə) görüşünə gəlir!
Xızrın (ə) Hz. Əlinin (ə) görüşünə gəlməsi... İbni Şəhraşub, Əbdullah ibni Həsən ibni Həsəndən, o da Bədrənidən belə rəvayət edir: Əli (ə) Küfə məscidində idi. Birdən ağ saqqallı, ağ paltarlı bir şəxs qiblə qapısından daxil olub Əli (ə)a tərəf getdi. Onun ardınca bir neçə nəfər də gəldi.

İmam ƏLİ (ə) onlara buyurdu: Nə üçün bu şəxsin ardınca gəlirsiniz?

Dedilər: Onun sizə tərəf gəldiyini gördük,sizi narahat edəcəyindən qorxduq.

Hz.Əli (ə) buyurdu: Gedin ! Allah sizə rəhmət eləsin! Məni yer əhlindən qoruyursunuz, bəs məni asiman əhlindən kim qoruyacaq? Hamı bir yerə yığışıb sakit dayandılar.

İmam Əli (ə) o şəxslə söhbət etdi, sonra o kişi dedi: Ya Əmirəl Möminin! Həqiqətən xilafət sizə məxsusdur! Bu qövm yerinizi və məqamınızı qəsb etmiş, sizin yerinizə xilafət kürsüsündə oturmuşlar.

Allah-taala onlara şiddətli əzab verəcəkdir. Sizin şiyələriniz üçün axirətdə çoxlu məqamlar vardır. Siz vəsilərin sərvəri, Peyğəmbərlərin sərvərinin qardaşısınız.

Bundan sonra 12 İmamın (ə) adını çəkdi və sağollaşıb gedəndə Hz. Əli (ə) ona buyurdu: Bir hikmət de! O dedi: Allah dərgahına yaxınlaşmaq məqsədi ilə varlının yoxsul qarşısında təvazökarlıq etməsi necə də gözəldir!

Hz. Əli (ə) cavabında belə buyurdu: Ondan da yaxşısı budur ki, fəqirlər Allah-taalaya təvəkkül etsinlər. O kişi dedi: Ey Allahın qalib Aslanı bu cümlən gərək qızıl suyu ilə yazılsın!

Sonra əlini Hz.Əliyə (ə) göstərdi. Əlində yaşıl rənglə belə yazılmışdı: “ Həqiqətən ölü idim, sonra dirildim. Ölməyim çox yaxındır, belə isə, Özün mənim üçün əbədiyyət evində bir ev tik! “

Hz. Əli (ə) qayıdaraq Həsən (ə) və Hüseynə (ə) buyurdu: Bu kişini tanıdınızmı? Onlar dedilər: Xeyr, tanımadıq. İmam Əli(ə) buyurdu: Bu, qardaşım XIZR idi...




namaz.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031