Həqiqi namaz qılanların 8 sifəti
Müəllif: Admin
Tarix: 31-03-2019, 11:06
Həqiqi namaz qılanların 8 sifəti
Allahın nəzərində həqiqi namaz qılanlar kimlərdir?

Biz özümüz-özümüzə və yaxud da bir-birmizə namaz qılan deyirik. Amma nə iş görməliyik ki, Allah özü bizlərə “NAMAZ QILAN” desin.

Bəzi sifətlərə malik insanlar var ki, Allah-taala onları danlayır, qınayır. Sonra ayənin arxasında buyurur amma namazqılanlar belə deyillər, yəni namaz əhlinin istisna edir.

Burda Allah-taala həqiqi namazqılanların sifətlərini saymağa başlayır.

1) الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ

“O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər”.
(məaric-23)

Yəni onlar həmişə namazdadırlar. Bizə görə bu iş mümkün deyil. Çünki bu insan istirahət etməlidir, yemək yeməlidir, elmlə məşğul olmalıdır, ticarət etməlidir, bir sözlə digər işlərə də çatmalıdır.

Təfsir alimləri digər ayələr və hədislərdən belə qənaətə gəlirlər ki, daim namazda olmağın mənası budur; İnsan gərək bütün işlərində Allahı başının üstündə görsün, həmişə Onu böyüklüklə yad etsin. Hər bir işdə Allahı unutmasın. Ticarətdə, insanlarla davranışında, toyunda-yasında Allahla olsun.

Elə bir iş görməsin ki, ona deyələr “Allahın olsun” Allah-taala Qurani-kərimdə hz. Musaya (ə) buyurur:
أَقِمِ الصَّلَاةَ لِذِكْرِي...

“...Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!” (taha-14)

Nəticə: İlahi çalarlar həyatının bütün sahələrində özünü göstərsin. Onda sən Allahın nəzərində daimi namaz halındasan.

Yoxsa məsciddə namaz qıl, çıxanda da ağzına gələni danış istidədiyin yerə get...

Diqqət! İnsanın namzı onun iki namazının ortasında yaşantısının halıdır. Məsələn zöhrdən-şama necə yaşayıbsa o cür də namaz qılacaq...

Gözəl deyiblər nə əkərsən onu da biçərsən. “Taxıl səpibsənsə qardalı gözləmə”.

2) وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ

“O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi)”. (məaric-24)

Yəni sənin bütün mədaxil və gəlirində kankret olaraq kimlərisə haqqı olduğunu bilməlisən, xums, zəkat...

Kimlər üçün?

“... Lissaili vəl məhrum”.

Sail – istəyənlərə deyillər.

Məhrum – həyasını və abrını qoruyanlar.

3) وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ

“O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər”. (məaric-26)

Görün namaz qılana nə deyir?

Qiyamət gününə etiqadı olmayan namaz qılar?

Allah-mütaal Qurani-Kərimdə iman əhlinə buyurur ki, iman gətirin.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ ۚ

“Ey Allaha iman gətirənlər, Allaha və Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin”. (Nisa-136).

Burdan görürsən namaz əhli elə bir iş görür ki, insan deyir bəs sən qiyamətə inanmırsan?

Görürsən bəzən insan namaz qılır amma adət edibdir. Qorxudan qılır, birdən qılmasam işlərim düz getməz və s....

Yəni insan bilməlidir ki, haçansa onu haq-hesaba çəkənlər ilə mütləq üzləşəcəkdir.

4) وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ

“O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar”.
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ

“Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur”. (məaric 27-28)

Yəni təkcə qiyamət gününə inanmaq da yetməz insan gərək rəbbin əzabından da qoruxsun (titrəsin) “muşfir” qoruxanlara-titrəyənlərə deyilir.

Görürsən bəzi insanlar deyir “qiyamət var, görüşərik”. Bəzi xırda dəlillərdən özünü aldadıb. Yenidən özünə qaydıb əməllərini təftiş etmir əməllərini saf-çürük etmir.
“Müşfiq” kəlməsi “ isme-faildir” yəni daimlik var, yəni daim muşfiqdir.

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ

“Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur”. (məaric 27-28)

Kimə Rəbbin əzabında amanda olmağına amannamə verilib? Heç kimə. Ona görə bu qeyd gətirilib ki, insan gərək həmişə bu halını (muşfiq) qorusun.

İmam Əli (ə) həyatına baxsaq bunu tam müşahidə edərik. Şəhadətə çatana qədər, elə nalə ediriki san ki, Allahın ən günahkar quludur.

5) وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ

"Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar". (məaric-29)

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ

"Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar (bu barədə – yaxınlıq etməyə görə) qınanmazlar". (məaric-30)

فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ

"Beləliklə, kim bundan (bu iki haldan) artığını istəsə (və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür, cinsi ləzzətlərə dalsa,) belə şəxslər (İslam hüdudlarında) həddi aşanlardır". (məaric-31)

Bu mövzu biraz həssas mövsu olduğuna görə baxırsan ki, bunu iki ayə vasitəsi izah edir.

Yəni camaatı etdikləri halal işlərə görə qınamayın.


6) وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ

“O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər”.
(Məaric-32)

Əgər sənə bir şeyi və yaxud bir sözü tapşırılır gərək ona xəyanət etməyəsən bir söz verdinsə gərək ona əməl edəsən, məsələn bir nəfərdən borc almısan gərək onu vaxtında qaytarasan.

Borcu götürüb düz gedib. Soruşanda da deyir verəcəm danmıram ki, verəcəm, hələ mal sahibini də borclu çıxarır belə insanların namazı sual altındadır.

7) وَالَّذِينَ هُمْ بِشَهَادَاتِهِمْ قَائِمُونَ

“O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir”. (Məaric-33)

Ən böyük şəhadət Allahın və Peyğəmbərin (s) haqqında gətirdiyimiz şəhadətdir.

Buyrulur ki, qiyamət günü hər kəs öz Allahı ilə gələcək.

Görərsən birinin Allahı səndemə vəzifə imiş birininki pul imiş, birininki maşın imiş hərə bir ilahnan gələcək. Kiminin Rəbbi nəfsi imiş.

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ
“Nəfsi istəyini öz məbudu etmiş kəsi gördünmü?...” (Casiə-23)

8) وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ
“O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar”. (Məaric-34)

Vaxtını və keyfiyyətini qoruyurlar. Şəri məsələlərinə məsuliyyət ilə yanaşarlar. Dəstəmazını – qüslunu düzgün yerinə yetirirlər, təharətini qoruyurlar.
Etiqadını qoruyar...

Bu cür insanlar üçün Allah-taala sonda buyurur: أُولَٰئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ

“Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. (Məaric-35)

İmamcümə Hacı Rasim Məmmədovun cümə xütbələrindən.

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031