TÜRKIYƏDƏ AVRASİYA İSLAM ŞURASININ 9-CU KONFRANSI KEÇİRİLİR (Foto)
Mьəllif: admin1
Tarix: 13-10-2016, 08:50
TÜRKIYƏDƏ AVRASİYA İSLAM ŞURASININ 9-CU KONFRANSI KEÇİRİLİR (Foto)
Ahlibeyt.ge xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstan müftisi Hacı Beqlar Kamaşidze və Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görməzin dəvəti ilə Avrasiya İslam Şurasının IX zirvə toplantısında iştirak etmək üçün İstanbul şəhərində səfərdədirlər.

“Avrasiyada İslam: din istismarına qarşı birlik, dayanışma və gələcək perspektivlər” mövzusunda keçirilən zirvə toplantısında regionda İslamın gələcəyi, qlobal təhdidlər və İŞİD problemi, qlobal təhlükə kimi FETÖ-nün Avrasiyada təsirləri, dini istismarın qarşısının alınması yolları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Toplantılatda Diyanət İşləri başqanı Mehmet görməz, Orta Asiya, Qafqaz və Şərqi Avropa regionuna daxil olan ölkələrdən din siyasəti ilə məşğul olan rəsmi şəxslər, nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçılar iştirak edir.

Konfransda BGMI nin şeyx və müftilərinin radikal dağıdıcı təkfirçi qruplaşmaların yaranma səbəbləri və onlara qarşı mübarizə aparmaq yolları haqda çıxışları oldu.

TÜRKIYƏDƏ AVRASİYA İSLAM ŞURASININ 9-CU KONFRANSI KEÇİRİLİR (Foto)
TÜRKIYƏDƏ AVRASİYA İSLAM ŞURASININ 9-CU KONFRANSI KEÇİRİLİR (Foto)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930