TBİLİSİDƏ DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)
Mьəllif: admin1
Tarix: 11-07-2016, 20:02
TBİLİSİDƏ DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ölkədə fəaliyyət göstərən din xadimləri ilə ümumi toplantı keçirdi. Toplantıda görülən işlər və görüləcək proqramlar haqda məlumat verildi, tənqid və təkliflər dinlənildi, suallar cavablandırıldı. Din xadimlərinə yarım illik dini təlim, təbliğlərini və axundluq məsuliyyətlərini əks etdirən “Fəaliyyət anket”ləri təqdim olundu. Onlar dini fəaliyyətləri haqda verilmiş kağızları doldurub, şəkillər təqdim etməklə öz fəaliyyətləri haqda ətraflı məlumat vermiş olacaqlar. Hörmətli ruhanilərə müqəddəs fəaliyyətlərində uğurlar dilənildi.
Qeyd edək ki, bu ilin ilk toplantısı ilin əvvəlində olmuşdu. Növbəti toplantının sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

TBİLİSİDƏ DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)
TBİLİSİDƏ DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)
TBİLİSİDƏ DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLDİ (FOTO)

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031