TBİLİSDƏ DİN XADİMLƏRI XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ ANIM MƏRASİMİ TƏŞKİL ETDİ (FOTO)
Mьəllif: admin1
Tarix: 24-02-2016, 21:28
TBİLİSDƏ DİN XADİMLƏRI XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ ANIM MƏRASİMİ TƏŞKİL ETDİ (FOTO)

Ahlibeyt.ge xəbər verir ki, ötən il olduğu kimi bu gün də Bütün Gürcüstan Müsəlmanları İdarəsi Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçirmişdir. Tbilisidə tədbirin keçirildiyi salonda Xocalı faciəsini əks etdirən fotosərgi açılıb. Tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən din xadimləri, Azərbaycan səfirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub.

İlkin olaraq tədbirin aparıcısı Pərviz Abdullayev 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda baş verən insanlıqdan uzaq törədilən vəhşiliklər barədə statistik məlumat verərək, Xocalı şəhidləri barədə şeirlər söyləyib.

Sonra çıxış edən GMİ-nin şeyxi Ramin İgidov və Şərqi Gürcüstanın müftisi Yasin Əliyev öncə Xocalı soyqrımı və bu günlərə təsadüf edən Hz. Peyğəmbərimizn (s) əziz qızı, imamlar anası Fatimeyi Zəhranın (s.ə) şəhadəti ildönümü münasibəti ilə də dünya müsəlmanlarına başsağlığı verdilər.

Çıxışlarında Xocalı faciəsinin dəhşətindən, əsrimizdə də yaxın şərq kimi bölgələrdə dünyanın seyirci qaldığı soyqrımların, günahsız insan qətllərinin səngimək bilməməsindən, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən aparıcı dövlətlərin Xocalıya laqeyd yanaşdığı kimi bu gün dünyada baş verən hadisələrə də seyirci qalaraq ədalətli qiymət verməməsindən və belə hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün tarixdən ibrət alaraq müsəlmanların ayıq-sayıq, həmrəy olaraq dost və düşmənlərini tanımanın vaxtı çatdığından danışıblar.

Sonra Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov tədbirin təşkilatçısısı olan Gürcüstan Müsəlmanları İdarəsinə minətdarlığını bildirərək, Xocalı faciəsinin başvermə səbəb və nəticələri barədə məclis iştirakçılarına ətraflı məlumat verdi.

Daha sonra isə Ağsaqqallar Şurasının sədri İsak Novruzov, yazıçı publisist Əli Abbas və başqaları dəhşətli Xocalı soyqırımı haqda öz fikirlərini səsləndirdilər.

Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

TBİLİSDƏ DİN XADİMLƏRI XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ ANIM MƏRASİMİ TƏŞKİL ETDİ (FOTO)
TBİLİSDƏ DİN XADİMLƏRI XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ ANIM MƏRASİMİ TƏŞKİL ETDİ (FOTO)
TBİLİSDƏ DİN XADİMLƏRI XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ ANIM MƏRASİMİ TƏŞKİL ETDİ (FOTO)
TBİLİSDƏ DİN XADİMLƏRI XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNƏ ANIM MƏRASİMİ TƏŞKİL ETDİ (FOTO)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031