AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)
Mьəllif: admin1
Tarix: 16-05-2016, 13:07
AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)
Ahlibeyt.ge xəbər verir ki, Ayətullah Əli Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani iki gündür ki, nümayəndə heyəti ilə birgə gürcü müsəlmanları ilə tanışlıq və Acarıstan din xadimləri ilə görüş məqsədi ilə Acarıstan Muxtar Vilayətində səfərdə idi.
Ötən gün qonaqlar Gürcüstan Müsəlmanları İdarəsinin Batumidəki rəsmi binasında oldular. Onları qarşılayan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftiləri, bölgə nümayəndələri və din xadimlər oldu.
Qərbi Gürcüstanın müftisi Beqlar Kamaşidze keçiriliən görüşdə öncə muxtar vilayətdə yaşayan müsəlmanlar və dini vəziyyət haqqında ətraflı məlumat verib, görülən işlərdən nümunələr göstərərək Gürcüstan Müsəlmanları İdarəsinin ötən ildəki fəaliyyəti barədə ətraflı danışdı.
Görüşdən məmnun qalan Ayətullah Şəhristani gürcü müsəlmanlarına və ruhanilərə müqəddəs işlərində uğurlar dilədi. İki qardaş məzhəbin bir idarədə işləməsini yüksək qiymətləndirərək Ayətullah Sistaninin İslam vəhdəti haqda fikirlərini bir daha dilə gətirdi. Ayətullah Sistani demişdir: "Deməyin sünnülər qardaşdır. onlar bizimlə eynidirlər, elə bizim özümüzdülər".
Görüşün sonunda tərəflər bir-birilərinə hədiyyələri təqdim edib xatirə fotoları çəkdirdilər.
Sonra qonaqlar Batumi mərkəzi məscidini ziyarət edib möminlərlə görüşdülər.
Qonaqlar acara ruhaniləri ilə birgə nahar süfrəsi ətrafında bir daha bir araya gəldilər.

AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏSİ BATUMİDƏ GÜRCÜ MÜSƏLMANLARI İLƏ GÖRÜŞDÜ (FOTO)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930