Əlacı olmayan xəstəlik üçün oxunan dua
Mьəllif: admin1
Tarix: 11-02-2023, 10:30
Əlacı olmayan xəstəlik üçün oxunan dua
Seyyid ibni Tavus (rəhmətullah əleyh) "Muhcud-dəvat kitabında Səid ibni Əbulfəthdən nəql etmişdir ki, o, belə deyib:

"Mən ağır bir xəstəliyə tutulmuş və həkimlər məni müalicə etməkdən aciz qalmışdılar. Bu duanı oxumaqla şəfa tapdım."

İmam Cəfər Sadiqdən (ə) nəql olunmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurub: Xəstə olan hər şəxs sübh namazından sonra 40 dəfə (bu sözü) deyərək əlini xəstə olan yerə sürtərsə, o xəstəlikdən şəfa tapar: "Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və niməl-vəkil. Təbarəkəllahu əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim."

Bu duanı xəstə üçün oxuduqda İnşAllah şəfa tapar

"Zubhədətul-dəvat" kitabında rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbər (s), Fatimeyi Zəhra (s.ə)-nın evinə gəib, İmam Həsən (ə) xəstə halında gördükdə narahat oldu.

Cəbrail (ə) nazil olaraq dedi: Ya Muhəmməd! Övladının xəstəikdən qurtarması üçün sənə bir dua öyrədimmi? Desin: "Əllahummə la ilahə illa əntəl-əliyyul-əzim.

Zus-sultanil-qədim. Vəl-mənnil-əzim. Vəl-vəchil-kərim. La ilahə illa əntəl-əliyyul-əzim. Vəliyyul-kəlimatit-tammat. Vəd-dəəvatil-mustəcabat. Xəlli ma əsbəhə (bi filan.)"

Daha sonra Həzrət Peyğəmər (s) bu duanı oxuyub əlini İmam Həsənin (ə) alnına sürtdü və beləliklədə o Həzrət şəfa tapdı.

Xəstənin şəfa tapması üçün İmam Məhəmməd Təqiə (ə) aid əməl

Hər bir xəstənin şəfa tapması üçün iki rukət İmam Cəvad (ə)-a təvəssül və hacət namazı qılıb 146 dəfə "Maşaəllahu la həvlə və la qyvvətə illa billah" sözünü desin.

Bu əməlin o Həzrətə aid olan saatda həyata keçməsi daha faydalıdır. O həzrətə aid olan zaman isə əsr namazından iki saat sonraya qədər müəyyənləşdirilmişdir ki, o vaxtda hacət qəbul olur.

Xəstələndikdə oxunan dua

"Cəvahirul-Quran" kitabında yazılmışdır ki, xəstə olan şəxs bu duanı xəstəliyi halında qırx dəfə oxusun: "La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin."

Belə bir şəxs o xəstəliyi ilə ölərsə şəhid savabına nail olar, sağaldıqda isə günahları bağışlanar.

Xəstəlik zamanında oxunan ayrı bir dua

Huseyn ibni Nəsim İmam Rza (ə)-dan nəql etmişdir ki, o Həzrətin övladarından biri xəstələndikdə ona buyurdu: (Oğlum)! De: "Əllahumməşfini bişifaikə və və davəni bidəvaikə və afəni min bəlaikə fəinni əbdukə vəbnu əbdik."

Xəstə yanına getdikdə oxunan dua

"Zubdətul-dəəvat" kitabında yazılmışdır ki, xəstə yanına getdikdə (bu duanı) yeddi dəfə oxuyun. Belə ki, onun əcəli çatmadıqda tezliklə şəfa tapacaqdır: "Əsəlullahəl əzim. Rəbbəl ərşil əzim. Ən yəşfik."

Bu dua dəfələrlə təcrübə olunmuşdur.

Xəstənin şəfa tapması üçün dua

"Bismillahir-rəhmanir-rəhim. Ya munəzziləş-şifa və yəzhəbud-da. Səlli əla Muhəmmədin və alih. Və ənzil əla vəchiş-şifa."

Bu duanı həmişə oxusun.

Xəstəlidən şəfa tapmaq üçün ayrı bir dua

Xəstələnmiş şəxs ardıcıl olaraq bu sözü desin: "Ya Huvə. Ya mən ləysə illa huvə. Səlli əla Muhəmmədin və alih.

Xəstənin ağrı və narahatçılığı zaman oxunan dua

Hər kəs xəstənin ağrı və narahatçılıq çəkdiyi zaman əlini onun gicgahına qoyub: "Və nunəzzilu minəl-Qurani ma huvə şifaun və rəhmətun lil-muminin. Və la yəziduz-zaliminə illa xəsara." cümlələrini oxuyarsa, Allah təala o xəstəyə şəfa verər.
(ixlas.az)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031