İmam Səccaddan (ə) qısa və mənəviyyat dolu bir dua
Müəllif: Admin
Tarix: 11-11-2020, 20:18
İmam Səccaddan (ə) qısa və mənəviyyat dolu bir dua
İmamət məqamı həzrət Peyğəmbərdən (s) sonra Alahın insanlara təyin etdiyi möhkəm bir ipdir.

İnsanlar öz məsələlərində və Quran hökümlərində öz zəmanə imamlarına müraciət etməli, içtimai məsələlərdə öz imamının göstərişlərinə tabe olmalıdır.

İmam Səccad (ə) 4-cü imamdır. İmam Səccad (ə)-dan bizə yetişən ən böyük sərvətlərdən biri “Səhifeyi-səccadiyyə” kitabıdır. Bu kitab munacatlar toplusudur.

Hazırda əlimizdə olan “Səhifeyi-səccadiyyə”də 54 münacat mövcuddur ki, insan bu dualara diqqət etdikdə adi insanlara məxsus olmayan bir “nəfəs” hiss edir.

İmam (ə) duaların birində buyurur:

اَللّهُمَّ وَ اَنطِقنی بِالهُدی، وَ اَلهِمنِی التَّقوی

Allahumə və əntiqnı bil-huda və əlhimnit-təqva

“Allahım, mənə doğru danışmağı nəsib et (yaxud dilimi hidayətlə danışdır), mənə təqva ilham et!”

İmam (ə) duada doğru danışmağın əhəmiyyətinə işarə edir. Hətta doğru danışığı Allahın hidayəti bilir. Həmçinin doğruluğu, doğru danışmağı hidayətin bir vasitəsi bilir.

İnsan yalnız doğruluq və aydın dəlillərlə başqalarının hidayətində vəsilə ola bilər.

İmam (ə) “mənə təqva ilham et!” deməklə təqvanın Allah tərəfindən insana bir rəhmət olduğunu xatırladır. Təqva insanın iman və ruhiyyəsinə aid elə bir fəzilətli xislətdir ki, insanı Allahın rizasına yetişdirir.

Dua zikr olunan “ ilham et!” barəsində deyilir: Yəni qəlbimə haqqa doğru meyl və batildən ikrah hissi nəsib et! (Riyazus-salikin.cid-3)

Mütəal Allah insanın qəlbinə hidayət və haqqa doğru meyl ilham etməklə ona böyük bir mənəviyyat və saleh əməllər yerinə yetirməyi həsib edir.

Həmçinin insanın qəlbində haram və batil olan işlərə qarşı ikrah hissi yaranır. Bütün bunlar Allahın insan qəlbinə ilham və hidayət bəxş etməsi ilə mümkün olur.


Oxşar xəbərlər
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031