Qurani Kərimdən qısa və gözəl bir dua nümunəsi – Furqan (64)
![]() Dua etmək yalnız istəməkdən ibarət deyil. Əslində dua, istəmək təfəkkürünə sahib olmaq deməkdir. İnsanın istəyəcək yerini bilmək, nə istəyəcəyini bilməkdir. Quranın dua nümunələrindən biri də Furqan surəsinin 65-ci ayəsidir: رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur! Quran bu duanı möminlərin dilindən zikr edir. Hətta Quran, möminləri “Rəhmanın bəndələri” deyəri deyərək xatırladır: -Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. -Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. -Və belə deyərlər: 'Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! (Furqan-63-64 -65) İnsanın yetişə biləcəyi ən uca məqam Rəhmana bədə olmasıdır. İnsan dünya və axirət izzətini, şərəfini yalnız Allaha itaətdə və bəndəçiliylə əldə edə bilər: “Həqiqətən şərəf-şan, izzət (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (Munafiqin-8) (İslaminSesi) Oxşar xəbərlər
|